...Dəniz

11 Mayıs 2015
1 334
0
...Dəniz
...Dəniz
...Dəniz...Dəniz...Dəniz...Dəniz...Dəniz...Dəniz


...Dəniz
...Dəniz
...Dəniz



Salam dəniz… Bir vaxt vardı insanlar sənin tanrı olduğuna inanardı. Bir vaxtlar səni sevərdilər. Səcdə edərdilər. İndi isə səni qorumurlar, Dəniz...Təmiz sularını kirlədirlər, ona görəmi səndə düşmən olursan bizlərə?...indi nə oldu, Dəniz... niyə? Həyat səni hardan hara gətirdi? Həyatının mənası nədir, Dəniz? Niyə susursan?…deməli, səndə bu sualın cavabını bilmirsən? Niyə dalğalınırsan? Demək, səndə qərar verməkdə tərəddüd edirsən..? Sənində həyatın mənasızdır? Bəlkə bezmisən ?
İllərdir,əslərdir mənim kimi çox axmaq səninlə dərdləşdi…
Dərdini dinlədin səssiz-səmirsiz, bəlkədə nələrisə demək istəyib də deyə bilmədin hə, Dəniz? Ona görə mi bu gecə belə sakitsən? Yoxsa dərdləri əlindən özünü sənin qoynuna atan neçə-neçə insanı boğub öldürdüyün üçün vicdan əzabı çəkirsən?...Sahilə gəlib səninlə danışan neçə-neçə mənim kimi axmağı dinləyərkən daha çox həzz alirsan ya qoynuna düşənləri boğarkən...? Sən qatilsən, Dəniz...Duzlu qatilsen...
Sən ölümün heç kəsə bəlli olmayan tərzini seçirsən... Səssizcə dinləyirsən, susursan… Onlar səndən cavab gözləyir sən isə susursan. Qoynunda yırtıcılar var sənin də, ölümə doymayan bir qatilsən. Səni də həbs etmək lazımdır. Ətrafını hasara almaq ,insanları səndən uzaq tutmaq lazımdır. Bilmirəm kim daha çox uduzar...bizlər ya sən? Sən yenə quma toxunub ruhu oxşaya bilirsən.Təkəm, dəniz, cox təkəm. Yalnız qalmışam qəlbimin içinə baxmağa qorxacaq qədər təkəm. Bilirəm, sənə içini açmaq üçün minlərcə insan gəlib və gəlir…Mən də onlardan biriyəm, Dəniz….
Bəlkə hamısı tək olduğu üçün gəlir, bəlkə kimlərsə sevincini səninlə bölüşməyə gəlir. Bəlkə kimlərinsə kimsəsi elə sənsən. Bəlkə kimlərinsə əlindən almısan kimsələri. Kimlərsə səni sevir, kimlərsə nifrət edir sənə bəlkə...Bəlkə də kimlərsə mənim kimi kimsəsiz olduğu üçün, mənəvi kimsəsiz olduğu üçün gəlir …Sən neynirsən, Dəniz? Necə kömək ola bilərsən onlara? Sənə ümid dolu dikilən gözlərə necə cavab vereceksen? Həm qatil, həm də ən yaxin dost olan Dəniz... Kiminə düşmən, kiminə dost olan Dəniz... cavab ver,susma! Dalğalanma..! Bir söz de... Susma, Dəniz, susma!
Dəniz sənə sualım var… İnsanlar belə minlərlə insan içindən birini sevib seçirler. Onlara görə ölümə belə gedərlər. Çox sevirlər. sən bəs? Milyon illərdir sənin yanına gələn minlərcə insan arasından sən hansı birini seçib sevdin? Hansı biri üçün dalğalanırsan? Ya da hansı biri üçün ölüsən, bəzən heç bir dalğa belə olmur üzündə, Dəniz? De menə... Sən də ver mənə öz sirrini heç kimə demərəm.. Ən vacib sualım isə bu idi.
Bir de xahişim var. Nolar, sadəcə yanına gələnlərə de ki, sevdiklərinin dəyərini onların gülümsəməsini seyr etməyə şansları olduğu zaman bilsinlər. Onları incitməsinlər...
İndi gedirəm. İnşallah bir gün sevdiklərimlə gələcəm yanına. O zaman danışarsan, dərd sirdaşım, yaxşı...? İndi dalğalan, Dəniz, dalğalan… Sadəcə dalğalan...
...Dəniz
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.