Uşaqlara yeməyi sevdirməyin yolları
Uşaqlara yemək yedizdirmək və sevdirmək anaların ən çox çətinlik çəkdiyi prosesdir. Heç bir xəstəliyi və psixoloji problemləri olmayan uşaqlar, acıyan vaxt yeməyi asanlıqla yeyir.
Lakin bəzi uşaqlar yemək yeməyi sevmir və bütün ailə bundan əziyyət çəkir. Yəni, uşağı yedirmək üçün bütün ailə üzvləri müxtəlif oyunlar göstərməli və əziyyət çəkməli olur.
Uşaqlara rahat yemək yedirmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:
Yeməyə bir neçə saat qalmış uşaqlara çərəzlər vermək olmaz.
Yemək saatında uşaqlar süfrəyə çağırılmalı və boşqabına ancaq yeyə biləcəyi qədər yemək qoyulmalıdır.
Uşaq yeməyi yemirsə, onu yeməyi yeməyə israr etmək olmaz.
Yeməyini axıra kimi bitirib yeyən uşaqlara mütləq xırda da olsa, hədiyyə verilməlidir. Bu onları sevindirir və həvəsləndirir.
Uşaqlar üçün ən çox sevdiyi yeməklər hazırlanmalıdır.
Uşağın yemək yeməsi üçün əlinizdə boşqabla ətrafında fırlanmalı deyilsiniz.
Həftədə bir gün istəmədiyi yeməyi yeməsinə icazə verməlisiniz. Bunu isə uşağın özü seçməlidir.
Uşaq oyun oynamağı çox sevir. Odur ki, yeməkləri oyuncaq şəkilli qablarda yedirməlisiniz.