Yazığın gəlsin..

21 Mayıs 2015
1 336
0
Yazığın gəlsin..
Yazığın gəlsin..


Körpənin qoxusu , gülü qalıbdır.
Yardım et içəridə öıü qalıbdır.
Cismi yanıb gedib kül qalıbdır
İlahi milətə yazığın gəlsin...



Elə istəyirəm ki qışqırıb , söyəm
Vicdanın kəsərək ruhunu döyəm
Kasıbların canı can deyil bəyəm ?
İlahi millətə yazığın gəlsin...


Qalmayacaq yerdə ananın ahı
Əlbət bu günündə vardır sabahı
Bəs məsum körpənin nəydi gunahı ?
İlahi millətə yazığın gəlsin...



Ata ağlayaraq öldürür özün
Hara getdi mənim o gözəl qızım ?
Azadlıq tərəfi bürüyüb hüzün
İlahi millətə yazığın gəlsin....!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.