Bir dəfə də sevgi qalib gəlsin

16 Temmuz 2015
2 297
0
Bir dəfə də sevgi qalib gəlsin
Bir dəfə də sevgi qalib gəlsin

Bir dəfə də sevgi qalib gəlsin

Nədir sevgi özüm də tam bilmirəm. Neçə illər yaşadığımız mühitimizdən,evimizdən köçərək başqa bir yerə gəldik. O uşaq ağlımla həm çox sevinirdim ,hem nigaran idim. Sevinirdim ona gorə ki,əvvəl yaşadığımız yerdə heç yaşıdım yox idi .Öz-özümlə ,oğlanlarla oynamaqdan sıxılırdım və ümid eləyirdim ki ,bəlkə köçdüyümüz yerdə bir dost taparam.Nigarançılığımın səbəbi də o idi ki, bəlkə yeni məktəbə, insanlara öyrəşə bilmədim.Bu fikirlərlə köçdük yeni mənzilimizə.

Bir dəfə də sevgi qalib gəlsin

Nigarançılığım özünü doğrultdu məktəbə bir neçə il öyrəşə bilmədim.O ki qaldı məhləyə ,uşaqlara o fərqli idi.Yaşadığımız binada həddindən artıq çox uşaq vardı və münasibətimiz çox yaxşı idi.Bu məni həddindən artıq sevindirirdi.Bütün uşaqların içində bir nəfər çox qəribə idi.Hər kəs oyun oynuyarkən o sakit bir kənardan oturub ciddi baxışlarla baxırdı.Mənsə hər gün fikirləşirdim:”Necə ola bilər ki insan kiçik ikən böyük ola bilər?”Hər gün ona daha diqqətlə baxırdım.Və bir gün qərara gəldim “Yox yox onun diqqətini üstümə çəkəcəm”.Ağaca dırmaşdım,futbol oynadım ,velosibet sürdüm gördüm ki, yox alınmır, mən də bu fikirdən əl çəkdim.

Bir dəfə də sevgi qalib gəlsin

O məndən 2yaş boyük idi və eyni məktəbdə oxuyurduq.Bir gun sinifdə olarkən gördüm o bizim sinifin qarşısında dayanıb.Dedim:” nə işi var onun burda,eh yeqin bizim sinifin qızlarından kimdənsə xoşu gəlir”.Həmin gündən sonra o hər gün gəldi və hiss elədim ki mənə baxır.İnana bilmirdim və çox sevinirdim.Aha həmin gün gəldi.Dedi:”Sevirəm səni heç nə demə mənə”və getdi.Adı Sevirik oldu 3 il bir-birimizə salam da vermədik uzaqdan uzağa baxışdıq,böyüdük,yavaş-yavaş yaxınlaşdıq.Tanıdım onu Uşaq ikən böyük olmağını öyrəndim,onunla böyüdüm.

Bir dəfə də sevgi qalib gəlsin

Beləliklə 10il keçdi.Biz 10 ildi birlikdəyik.Məktəbi bitirdik ,Ali məktəbə qəbul olduq ,o Ali məktəbi bitirdi və hal hazırda vətənə borcunu yerinə yetirir.Və Bezmirik sıxılmırıq bir-birimizdən.

Soruşurlar ən yaxşı sən bilirsən nədi sevgi?Cavab verirem bilmirəm.Bəlkə onu hər görəndə ,fikirləşəndə ki həyəcan, ürəyimin normadan 2dəfə artıq döyünməsi.Bəlkə də hər eşitdiyim mahnıda onu axtarmağım hətta butun mahnıların bizim üçün yazıldığını düşünmək.Bəlkə uşaqlıq həvəsimdi.10yaşımdan bəri ideallaşdırdığım biridi.Fikirləşdim:”bəlkə bu sadəcə öyrəşməkdi.Əsgər gedir bəlkə görməsəm unudaram.İstəmirəm unudum axı”.Artıq bir neçə aydı görmürəm.Və çox dəhşətli keçir bu günlər.Başa düşdüm artıq Sevirəm və onu da bilirəm ki onsuz qala bilmərəm.Düzdü bu uşaqlıq sevgisi olub.Amma biz bu sevgini özümüzlə birgə böyütmüşük içimizdə.Bunlara baxmayaraq qorxuram çox qorxuram ayrı-ayrı talehləri yaşamaqdan,böyüməyimizdən qorxuram.Hər sevginin sonu yaxşı bitmir.

Bir dəfə də sevgi qalib gəlsin

Nə olar bizimki fərqli olsun.BİR GÜN DƏ SEVGİ QALİB GƏLSİN...

Bir dəfə də sevgi qalib gəlsin

Əgər hislərinizdən əminsəniz möhkəm yapışın bir-birinizdən.Elə edək Sevgi qalib gəlsin...

Bir dəfə də sevgi qalib gəlsin
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.