YaNıTmAcLaR

03 Haziran 2015
19 715
0
YaNıTmAcLaR
YaNıTmAcLaR
Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.

Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!

Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min.....
YaNıTmAcLaR
Aşpaz Abbas bozbaş asar o başda, bu başda.

Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.

Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
YaNıTmAcLaR
Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.

Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.

Yorğana yoğrul yorğun.

Küp qulpu, xub küp qulpu.

Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.

Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var.
Dedim:
- Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü?
Dedi:
- Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.

YaNıTmAcLaR
Mollanı əmmamələməlimi, əmmamələməməlimi?
Mən də, mən də
- Gəl gedək bağa,
- Mən də, mən də.
- Çıxaq budağa,
- Mən də, mən də.
- Şaftalı yığaq,
- Mən də, mən də.
- Bağban gəlsin,
- Mən də, mən də.
- İti qışqırsın,
- Mən də, mən də.
- İt mənə hürsün,
- Mən də, mən də.....
YaNıTmAcLaR
Ay, göy-ala qarğa olsan da mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da, səninlə ay göy-ala qarğa, qardaş olacağam.

Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq.

Bacadan damcı düşdü şıp nənəmin bağrına.

Boz atın boz torbasın boş as başından, apar islat, gətir yaş, as başından.

Bu mis necə mis imiş, bu mis kaşan mis imiş.

Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.
YaNıTmAcLaR
Dadaş dayı Dəmirin danalarını damın dalına döydü.
Dadaş dayı, danaları dalına döymə.
Dadaş dayı dedi:
Dəmirin danaları damın dalındakı darıları dağıtdığı üçün danaları döyəcəm.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.