Cənnət Yolculuğu..

15 Haziran 2015
2 839
0
Cənnət Yolculuğu..
Cənnət Yolculuğu..
“Təfəkkür etmək, bütün yaxşılıqların açarıdır” (İmam Qazali)


Allaha ən yaxın insanlar, Qurana yaxın olanlardır. Qurana yaxınlıq isə Quranı oxumaq, anlamağa çalışmaq, ayələri üzərində düşünmək və əmrlərini yaşamaqla mümkündür.
Quran, içində hər cür gözəl yeməklər və içkilər olan mükəmməl bir süfrəyə bənzəyir. Bu süfrədəki yeməklərin hər birinin dadına baxmaq istəyirik. Yediyimiz yeməklər bədənimizə faydalı olduğu kimi, Quranın ayələri də ruhumuza faydalıdır.

Quranı oxuyanlar üç qrupa bölünürlər: Birincisi, anlamadan oxuyanlar. İkincisi, nə dediyini anlayaraq oxuyanlar. Üçüncüsü isə həm anlayan, həm də oxuduqlarını təfəkkür edərək oxuyanlar. Biz hansı qrupa daxilik? Necə oxuyuruq və ya heç oxuyuruqmu?
Cəlaləddin Rumi anlamadan oxuyanlar haqqında belə demişdir: “Onlar ac olduqları halda yeməkləri çeynəyən, lakin udmadan ağızlarından çıxaranlardır. Quranı anlayaraq oxuyan və ayələrini təfəkkür edən isə yeməyi yeyən və onu həzm edərək faydalananlar kimidir. Heç anlamadan və düşünmədən yüz min dəfə Quranı oxusaq, yüz min dəfə yeməkləri ağzımıza alıb sonra çıxaran, beləcə də ac qalanlar kimi olarıq.”

Quran, bir günəş kimidir. Günəş, yeddi rəngi ilə təbiətdə saysız rənglər çaları meydana gətirir. Bitkilər, rənglərini günəşdən alır. İnsan da onun kimidir. Quran günəşindən faydalanın qəlbi yeni rənglərə qovuşur.

İnsanı digər varlıqlardan üstün edən bir çox özəlliyi var: bunlardan biri də təfəkkür etməsidir; yəni düşünə bilməsi. Üzərində düşündüyümüz şeylər nə qədər önəmlidirsə düşüncəmiz də o qədər önəmlidir. O zaman bu düşüncə gücümüzü harda və nə qədər gözəl bir şəkildə istifadə edə bilərik? Bu barədə Allah bizə yol göstərir. Bir çox ayədə göndərdiyi müqəddəs Kitabın ayələrini düşünməyimizi tövsiyə edir.
“Onlar, Quran üzərində gərəyi kimi düşünməyəcəklərmi?” (Muhəmməd, 24)
“Sənə bu mübarək Kitabı, ayələri üzərlərində yaxşı-yaxşı düşünsünlər deyə və ağlı olanlar öyüd alsın deyə endirdik.” (Sad, 29)

Bizlərə ən gösəl örnək olan Rəsulullah ayələri təfəkkür etməyimiz tövsiyə etmiş, vücudumuzdakı hər orqanın ibadətini vurğulayaraq “gözlərin ibadəti ayələrə baxaraq, onları düşünmək, təfəkkür etməkdir” demişdir (Suyuti, I, 39) Yəqin elə buna görə də Hz. Əli “Üzərində yaxşı-yaxşı düşünmədən Quran oxumanın insana heç bir fayda verməyəcəyini” bildirmişdir (Əbu Nuyam, I, 40)

Düşüncələrimizi yaxşı istiqamətdə istifadə etmək o qədər önəmlidir ki, səhabələr hər zaman aləmlərə ibadət gözü ilə baxmış, Quranın nazil olan ayələrini oxuyub anlamadan, o ayələri yaşamadan yeni ayələr öyrənməmişdilər. Ona görə də sahabələrimizdən Abdullah İbn Ömər “Mən Bəqərə surəsini səkkiz ilə oxudum” deyir. Deməli o, bu surəni səkkiz ilə anlayıb, əmr və yasaqlarını yaşamışdır.
Rəsulullah səhabələrini məhz belə yetişdirmişdir: “Ümmətimin ən üstün ibadəti, Quran oxumaqdır” (Qazali, Ohya, II, 259)
Quran, möcüzəli bir kitabdır. Onun ayələri üzərində hər düşündüyümüzdə yeni-yeni bilgilər əldə edirik. “Hardan gəldik, dünyada nə işimiz var və hara gedirik?” suallarının ən gözəl cavablarını Qurandan öyrənirik. Xülasə Quran sayəsində bütün aləmi, özümüzü və bizləri var edən Allahı tanıyırıq.

Bizə Rəbbimizi tanıdan, bizi bizə tanıdan, kainatın sirrlərini açan bu Kitabı necə oxuduq? Oxuduqlarımızı anladıqmı, üzərində düşündükmü?
Allahın “Oxu!” əmrinə necə uyduq?
Oxumadan, anlamadan necə yaşayarıq?

Bütün bunları düşünməyin vaxtı çoxdan çatıb. Əks halda bizlər İslamı öyrənmədən, anlamadan yaşaya bilməyəcəyik. Din adına bizə öyrədilən xurafatı da həqiqi dinimiz hesab edib müşrik, fasiq, cahil olacağıq. Biz özümüzə müsəlman da desək heç bir faydası olmayacaq. Çünki Rəbbim cənnətinə Özünün Müsəlman adlandırdıqlarını yerləşdirəcək. Onun kimə müsəlman dediyini, deyəcəyini anlamaq üçünsə bizdən oxumağımızı və təfəkkür etməyimizi istəyir.

Cənnət Yolculuğu..

mənbə-azerislam.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.