Vəhyin aynası..

15 Haziran 2015
1 182
0
Vəhyin aynası..
Vəhyin aynası..

Quran vəhyi özünə yadlaşan insan oğlunu fitrətinə qaytarmaq üçün göndərildi.
Yəni Quran insanın məhv edilən mənəviyyatını yenidən bərpa edəcəkdi. Düşüncəsini, ağlını, şəxsiyyətini... Düşüncələrinə bir daha nəzər salması üçün və həyatın mənasını təşkil edən meyarları yanlış anlamaması üçün edəcəkdi bunu...
Görəsən insanlar "qazanc-zərər", "həyat-ölüm", "əldə etmək-itirmək", "keçmiş-gələcək", "müvəffəqiyyət-müvəffəqiyyətsizlik" deyərkən nəyi nəzərdə tuturlar?

İnsan oğlu haramdan qazandığını "qazanc" ya da "malının artması" zənn etdiyi zaman təbii ki, zəkata, sədəqəyə, yardıma da "zərər" ya da "malının azalması" kimi baxacaq.
İnsan amalsız, məqsədsiz yaşadığı zaman vəhyin hesab etdiyi kimi ölülər sinfinə aid edilir. Lakin o yaşadığını zənn edir. Adam bunu heç düşünmədiyinə görə Quran ona "pisliyə məhkum olduğunu" söyləyir. Buna baxmayaraq o özünü "təmiz" zənn edir; çünki, bu şəxs yaxşı-pis ölçüsünü vəhyə görə tənzimləmir.

Adam uşağının gələcəyini qurtarmaqdan danışır. Lakin o, "gələcək" deyərkən dünyanı nəzərdə tutduğu üçün uşağının həqiqi gələcəyini məhv etdiyini düşünmür. Əgər düşüncəsini vəhyə görə tənzimləsə uşağının dünyəvi gələcəyini qurtarmaq üçün əbədi gələcəyini fəda etdiyini görərdi.
Adam hiylə işlədərək haqsızlıqla əldə etdiklərini "müvəffəqiyyət" kimi görür və əslində isə Allahın istədiyi kimi deyil, məhz şeytanın təlqin etdiyi kimi düşündüyü üçün bunun heç də müvəffəqiyyət olmadığını görməkdə acizdir.
Quran bu məntiqə, "cahiliyyə təfəkkürü" (zannə'l-cahiliyyə) adını verib.
Bu məntiqin tipik nümunəsini təmsil edən Məkkə müşrikləri Allahın onları dəstəklədiyini düşünürdülər. Bunların başında Əbu Cəhl dururdu.
O, həqiqətən də inkarında səmimi idi. Məhz buna görə Bədir döyüşündə inkarında belə səmimiyyətsiz olan Əbu Ləhəb kimi muzdlu əsgər göndərməyib şəxsən özü iştirak etdi və elə həmin döyüşdə də həlak oldu. Başda Təbəri olmaqla bir cox müfəssirin Ənfal surəsinin on doqquzuncu ayəsinin təfsirində qeyd etdiklərinə görə Əbu Cəhl Bədir döyüşünə çıxarkən haqqlı olan tərəfin qələbə çalması üçün Allaha dua etmişdi.

Əlbəttə o, bu davranışı ilə özlərinin haqq yolda olduğunu düşünürdü. Bu da düşüncəsini yanlış bir "haqq" təsəvvürü üzərində inşa etdiyindən qaynaqlanırdı. Allahın onu və yanındakıları dəstəklədiyini düşünürdü.
O, elə düşünürdü ki, əgər Allah onu dəstəkləməsəydi, ona bu qədər nemət verməzdi. Həmçinin o, yoxsul və zəiflərin Allahın dəstəyindən uzaq olduğunu, varlı və güclü olanların isə Allahın sevib dəstəklədiyi şəxslər olduğunu düşünürdü.
Halbuki, dünyada güclü və zəngin olmaq Allah tərəfindən sevilmək, gücsüz və zəif olmaq isə Allaha uzaq olmaq demək deyildi. Bu düşüncə tərzi sadəcə cahiliyyə təfəkkürünün məhsulu idi. Əbu Cəhl yalnız bu düşüncə ilə Allahdan haqlı olan tərəf üçün zəfər istəmişdi. Amma halbuki, bununla özünə qarğış etdiyini ağlına belə gətirməmişdi. Quran onların, başda Əhli Kitab olmaq üzrə olanların və onlar kimi düşünən hər kəsin bu yanlış təsəvvürünü Məkkədə nazil olan Mu'minun surəsində belə ələ alır:
"Özlərinə sərvət və övlad verməklə, onların yaxşılıqları üçün can atdığımızımı sanırlar? Xeyir, bu heç də belə deyil, lakin onlar bunu bilməzlər." [23/55-56; ayrıca bax 3/178]


Vəhyin aynası..
Bu misal Quranın yanlış və çürük məntiqə qarşı yeni bir düşüncə modeli inşa etmək üçün gətirdiyi saysız nümunələrindən yalnız biri idi.
Məsələn, vəhy bir münafiqin xeyir-zərər anlayışına diqqət çəkir; Bəqərə surəsinin 8-20-ci ayələrində münafiqlərin ikiüzlülüyü və alçaq davranışları üzə çıxır.
O, inanmadığı halda "inandım" deyərək həm Allahı həm də inananları aldadacağını düşünür. Lakin o, fəsad qoxan əməlləri ilə özünü gizlədə bilmir.

Onlara "yer üzündə fəsad çıxarmayın" deyildiyi zaman özlərini müdafiə edərək "biz sülh tərəfdarıyıq və insan haqlarının qoruyucusuyuq" deyərlər. Cinayət başında yaxalanan ikiüzlülərin özlərini müdafiə edərkən "biz" deyə sözə başlamaları özləri haqda ilkin təsəvvür oyatmaq mənasına gəlir. "Biz" deməklə yalnız özləri kimi düşünən bir qrupu deyil, sanki bir bədəndə daşıdıqları birdən çox üzü, bir ürəkdə daşıdıqları bir-birinə zidd olan birdən çox şəxsiyyəti ifşa etməkdədirlər.
Bəs bu ayələrdə aşkara çıxarılan münafiq rəftarının təməlində hansı yanlış təsəvvür yatırdı? Sualımıza cavabı bu ayələrin sonundakı 16‐cı ayə verməkdədir: "Onlar, hidayət qarşılığında zəlaləti satın aldılar, ticarətləri onlara nə bir qazanc verdi və nə də doğru yolu tapa bildilər."
Burada iç üzü aşkar edilən münafiqin bütün bu münafiqcə davranışlarının təməlində yatan yanlış xeyir-zərər təsəvvürü ələ alınmaqdadır. Onun bütün bu fəsad qoxan əməlləri bu xarab təsəvvürünün məhsuludur. Onun "ticarəti" müqəddəslikdən uzaq olduğu üçün xeyir-zərər anlayışı da sadəcə dünya ilə məhdudlanmışdır.
Vəhyin aynası..


Yanlış ölçüb-biçdiyi üçün almazı verib qarşılığında şüşə alır, ya da şüşəyə almazın qiymətini ödəyir. Əşyanın əslinə deyil yalnız zahiri görünüşünə aldandığı üçün, adi şirə ilə balı səhv salıb. Sonra da qazanc əldə etdiyini zənn edib.
Onun qazanc anlayışı maddiyatdan o tərəfə keçməyən tək dünyalı düşüncə tərzindən ibarətdir. Bu tərs baxış da onun zərəri qazanc kimi görməsinə səbəb olmuşdur. Quran münafiq şəxsiyyətin bütün səhv rəftar və davranışlarının təməlini göstərərək, bütün bunların onun yanlış xeyir anlayışından qaynaqlandığına eyham vurmuşdur.
Bu, yanliş təsəvvürə qarşı yeni bir təfəkkürün inşasıdır.
Göründüyü kimi "müsəlmanam" demək asan olmağına baxmayaraq təsəvvürümüzü, ağılımızı, şəxsiyyətimizi müsəlman etmək çətindir. Bunu etmədən dürüst bir müsəlman olmaq mümkün deyil. Bunu bacarmaq üçün isə, özümüzə vəhyin aynasında baxa bilməliyik.

mənbə-azerislam.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.