Dostluq Haqqında qısa və maraqlı hekayə

15 Haziran 2015
14 611
0
Dostluq Haqqında qısa və maraqlı hekayə
Dostluq Haqqında qısa və maraqlı hekayə

Uşaqlıq dostu olan iki mömin uzaq səfərə çıxır. Səfər günlərindən biri onların arasında mübahisə düşür və dostlardan biri digərinə sillə vurur. İncik düşən dost bir söz demədən dostunun üzünə baxır, sonra qum üzərinə bu sözləri yazır:" Bu gün uşaqlıq dostum mənə sillə vurdu".
Beləcə onlar yollarına davam edirlər, nəhayət, bir meşəyə çatırlar. Vurulan dost meşədəki bataqlıqa düşür. Dostu onu xilas edir. Xilas olan dost bu dəfə daşın üzərinə bu sözləri yazır; " Bu gün dostum həyatımı xilas etdi"
Dostu ondan soruşur;
- Bir neçə gün əvvəl sənə sillə vurduqda bunu qumun üzərinə, indi, xilas edəndə isə daçın üzərinə yazırsan. Bunların mənası nədir?
Xilas olan dost belə cavab verir

- Biri xətrimizə dəydikdə bunu qumun üzərinə yazmalıyıq ki, mərhəmət küləyi onu tez silib bizə unutdursun. Biri yaxşılıq etdikdə isə onu daşın üzərinə yazmalıyıq ki, həm bizim, həm də əbədi olaraq başqalarının xatirində qalsın.
Acıqlarımızı quma, yaxşılıqlarımızı daşlara yazmağı öyrənməliyik. Yaxın dost tapmağa bir neçə dəqiqə sərf etsək də, onu unutmağa bir ömür lazım olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.