Yuxusuzluq Beynin Həcmini Kiçildir
Cavabınız pozitivdirsə, o zaman sizin üçün pis xəbər var. Sən demə, yuxusuzluq beyini qurutmaqla onun həcminə təsir edir. Daha dəqiq desək, yuxusuzluq beyninin yaşlanma sürətini artırmaqla onun həcmini kiçildir.
Tədqiqatlar 147 insan üzərində aparılıb. Üzərində tədqiqat aparılan insanların yaşı 20-84 olub.
İştirakçılara yuxu qrafiki və istirahətin pozulması ilə bağlı suallar verilib. Bundan əlavə, beyində baş verən həcm dəyişikliklərinin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsinin köməkliyi ilə aparılıb. Tədqiqat 3,5 il intervalı ilə 2 dəfə aparılıb.
Bundan sonra məlum olub ki, qrupa daxil olan insanların 35 faizi yuxu pozğunluğundan əziyyət çəkirlər. Müayinə zamanı onları beynində də dəyişiklik qeydə alınıb. Beynin daha çox alın, təpə və gicgah nahiyələrində kiçilmə baş verib.
Alimlər bu dəyişikliyin səbəblərini izah etməkdə çətinlik çəkirlər. Bircə o məlumdur ki, sağlam beyin fəaliyyəti üçün yaxşı yuxu lazımdır.
Redakta etdi:Gulshen