Yuxusuzluq Beyni Tez Qocaldır

28 Kasım 2014
1 512
0
Yuxusuzluq Beyni Tez Qocaldır
Yuxusuzluq Beyni Tez Qocaldır


Gecə yuxusuz qalmaq insan beyninin vaxtından tez qocalmasına səbəb olur. ABŞ alimlərinin araşdırmalarına görə, gecə yuxusuz qalmaq yaddaşın zəifləməsinə, beynin qocalmasına gətirib çıxarır.

İnsanın sadəcə bir gecə yuxusuz qalması beynə güclü zərbə vurur və bir sıra mənfi dəyişikliklərə yol açır. ABŞ alimləri 76 min 280 nəfərin üzərində araşdırma apardıqdan sonra belə bir nəticəyə gəlib.

İnsan yatan zaman beyində zəhərli maddələrin zərərsizləşdirildiyini deyən ABŞ alimlərinin sözlərinə görə, gecə yuxusu sağlam beynin formalaşmasında mühüm rol oynayır.

Gecə yuxusuz qalanda beynin fəaliyyəti 50%-ə qədər azalır. Bu isə beynin 5 il yaşlanmasına gətirib çıxarır və "təmiri mümkünsüz olan” xəstəliklərə səbəb olur.



R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.