Həyatın mənası nədir və nə üçün yaşayırıq ?

21 Haziran 2015
5 044
0
Həyatın mənası nədir və nə üçün yaşayırıq ?
Həyatın mənası nədir və nə üçün yaşayırıq ?

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir.Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.(Quran, Hədid surəsi, ayə 20).
Həyatın mənası nədir və nə üçün yaşayırıq ?
Bizim həyatımızın məqsədi, təkcə yemək, içmək,yatmaq, ailə qurmaq, övladlarımızı böyütmək, işləmək, sonra da təqaüdə çıxıb nəvələrimizi böyütməkdən ibarət deyildir. Bu məqsədlə yaşayaraq, birimiz tənhalıqda, digərlərimiz isə sevimli qohumlarımız içində qocalıq çağına yetişirik. Məgər dünya və bəşəriyyət təkcə bununmu üçün yaradılmışdır? Yoxsa bundan daha dəyərli şeylər vardır?

Bəli, dünyada daha dəyərli olan şeylər mövcuddur və hər bir insan bunlar üçün yaşamalıdır. Lakin çoxları bu dəyərli şeyləri görmürlər, çünki onlardan hər biri dəyəri pul, yüksək vəzifə, ış, vətənə xidmət kimi müxtəlif şeylərdə görür. Bəziləri isə öz həyat mənasını övladlarını böyütməkdə görürlər. Həqiqi dəyər budurmu, yoxsa ondan daha dəyərli olan şeylər mövcuddur?
Həyatın mənası nədir və nə üçün yaşayırıq ?
Müasir insanların əksəriyyəti müvəqqəti olan şeylərdən ötrü yaşayırlar. Pul müvəqqətidir və nə vaxtsa tükənər. Vəzifə və iş müvəqqətidir, çünki insan nə vaxtsa təqaüdə çıxacaq. Vətənə göstərilən xidmət də müvəqqətidir, axı hər halda əsgər də istefa verəcəkdir. Habelə övladlarımız da müvəqqətidir, axı, nə vaxtsa onlar böyüyüb öz ailələrini quracaqlar. Müvəqqəti olan şeylər dəyərli sayıla bilməz. Bəs onda yer kürəsində əbədi olan nə isə varmı?

Bəli, var. Əbədi olan Odur ki, bu müvəqqəti fani dünyanı və insanları yaratdı, Öz bəndələrinə həyat üçün bütün lazımi şəraitləri təşkil etdi, bizə lütf göstərir və bizdən də bir-birimizə mərhəmət göstərməyimizi tələb edir, pislik törədənləri cəzalandırır, köməyə ehtiyacı olanlara isə yardım göstərir. Əbədi olan Odur ki, təyin edilmiş gün bizi Öz hüzuruna toplayacaq və bizi yer üzündə etdiyimiz əməllərə görə sorğu-suala çəkəcəkdir.
Həyatın mənası nədir və nə üçün yaşayırıq ?
….O əbədi varlığın adı Allahdır. Bir çox insanlar Onu dilləri ilə yad edər, lakin az bir qisim Ona qəlbi ilə inanar. Çünki insan yalnız gördüyünə və eşitdiyinə inanar. Bəli, biz öz Rəbbimizi nə görür, nə də eşidirik, lakin Onun var olduğunu ürəyimizlə hiss edirik. Biz pislik törətdiyimiz vaxtda Onun qəzəbini duyur və yaxşılıq etdiyimiz zaman Onun məhəbbətini hiss edirik. Bu iki hal, həmçinin, “vicdan əzabı” və “qəlb rahatlığı” adlandırıla bilər. Amma yenə də bu, Uca Tanrının bizə göstərdiyi təsirin nəticəsidir. O Varlıq ki, bizə həyat bəxş etdi və bizdən istədiyimiz kimi yox, Özünün istədiyi kimi yaşamağımızı tələb edir. Əslində bu, Ona yox, bizə lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.