Gözəl dəriyə sahib olmaq üçün maskalar

03 Temmuz 2015
2 290
0
Gözəl dəriyə sahib olmaq üçün maskalar
Gözəl dəriyə sahib olmaq üçün maskalar


Ləkələri aparan,eyni zamanda üzə parlaqlıq verən darçın
maskası

1 çay qaşığı darçın
2 çay qaşığı bal
1 çay qaşığı limon suyu

Bunların hamısını qarışdırıb üzə çəkirik və 20 dəqiqə gözləyirik,sonra yuxarıya doğru ovaraq çıxarırıq.Həftədə 1 gün etmək olar.Bu maska üzə parlaqlıq,canlılıq verir,üzdəki ləkələri aparır,dərini parıldadır.Darçını üzə çəkdiyiniz zaman üzdə istilik və yanma hissi olacaq,bu zaman qorxmayın,üzünüzü yuduğunuz zaman keçəcəkdir.

Həssas dərilər üçün üz maskası:

2 çay qaşığı kəklikotu
2 çay qaşığı qaymaq

İlk öncə kəklikotunu qaynadırıq,suyunu süzüb qaymaqla qarışdırırıq.Göz ətrafına çəkmək olmaz.20 dəqiqə saxlayıb yuyuruq.

Təmizləmə maskası

2 çay qaşığı un
1 çay qaşığı su
1 çay qaşığı bal

Bunları qarışdırıb üzünüzə və boynunuza çəkin.7-8 dəqiqə sonra ilıq su ilə yuyun.

Nəmləndirici maska

1 yumurta
1 çay qaşığı un
2 qaşıq zeytun yağı

Əvvəlcə yumurtanı çıalırıq, sonra yağ və unu əlavə edirik. Yaxşıca qarışdırıb üzümüzə çəkirik. 15 dəqiqə sonra ilıq su ilə yuyuruq.
Bunları etdiyiniz zaman üzünüzün daha da gözəlləşdiyinin şahidi olacaqsınız

R.t..Zemichka
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.