Məhəbbətin

03 Temmuz 2015
1 572
0
Məhəbbətin
Məhəbbətin
Eşqi vurdum iki yerə,böldüm birə,
Həm riyazi həm siyasi həcimlərə,
Həsrətidə yox eyləyib cıxaq ilə
Yazdım cəmin son,sədasın məhəbbətin...

Sevmək gözəl yaşamaqdı,yaşatmaqdı
Fikir xəyal onu duydu ,onu andı,
Məcnun düşüb səhralara yolda qaldı,
Mənsə cəkdim hər,ədasın məhəbbətin...

Günəş cıxdı şəfəq sacdı üzümüzə,
Qorxuram ki biz axırda gələk gözə,
Deyirəmki biz düşməmiş söhbət sözə,
Birgə alaq gəl qadasın məhəbbətin...


Bahar gəlir dünya geyir yaşıl donun,
Aşacağam eniş yoxuş hicran yolun,
Bir arzusu ,bir istəyi var Seymurun
Alım özüm gül sonasın məhəbbətin...


Müəllif : SEYMUR SÖNMƏZMəhəbbətin
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.