Bağışla

03 Temmuz 2015
1 516
0
Bağışla
Bağışla
Bir sözümlə ürəyinə toxundum,
Yalvardığım,gözlərimə bağışla,
İstəyirsən gəl dilimdən sa,ancaq,
Səni sevən gözlərimə bağışla.

Hara getsə,sizə tərəf yol alan,
Yalnız sənin atəşinə qalanan,
Evinizə pərvanətək dolanan
Naxış-naxış izlərimə bağışla.


Özün yazdın ürəyimə adını,
Sən göstərdin məhəbbətin dadını,
İncikliyin atəşini,odunu,
Külə dönmüş gözlərimə bağışla.


Müəllif:BağışlaNüsrət Kəsəmənli.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.