Ata və oğlu

05 Temmuz 2015
4 055
0
Ata və oğlu
Ata və oğlu

Ata və oğlu


Ata hər gün olduğu kimi bu gündə işdən evə gec və yorğun gəlir. Beş yaşlı oğlu atanı qapının qarşısında səbirsizliklə gözləyirdi.
Ata və oğlu
Oğul: Salam Ata ! Sənə 1 sual verə bilərəm ? Ata: Əlbəttə! Oğul: Ata sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?

Ata: Bunu sən soruşmamalısan. Heç vaxt atana belə sual vermə deyə sərt cavab verir. Ogul başını aşağı salaraq sakitcə deyir:Ata sadəcə nə qədər pul qazandığını bilmək istədim. Ata :Çox bilmək istəyirsənsə saatına 20 manat qazanıram. Usaq utanaraq: Ata olar mənə 10 borc verəsən? Ata qaşlarını çataraq cavab verir :Əgər 1 oyuncaq almaq üçün atandan pul istəyirdinsə bu axmaq sualı verməyədə bilərdin. İndi isə get otağına və yat ! Uşaq 1 söz demədən yataq otağına gedir və qapını astaca örtür. Ata bir neçə saatdan sonra sakitləşərək bəlkə doğrudan da oğluma pul lazım idi. Axı o məndən tez tez pul istəmir. Gərək onu belə kobudlamazdım düşünərək oğlunun otağına üz tutur. Abta qapını sakitcə döyərək Oğlum yatmısan?-deyə soruşur. Xeyir ata yatmamışam: -deyə usaq cavab verir. Ata otağa daxil olub cibindən 10 manat çıxarıb oğluna uzadır. Usaq pulu götürərək sevincək halda Ata sağ ol ! deyərək qışqırır. Sonra yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa başlayır. Bunu görən ata 1 az təəccübli bir az da acıqlı halda soruşur: Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan? Uşaq sevinc dolu körpə baxışları ilə atasına baxaraq cavab verir: Ata mənim pulum kifayət qedər deyildi. Indi isə kifayət qədər pulum var. Al bu 20 manat mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm sabah işdən evə 1 saat tez gəl və bizimlə nahar et .Bəzən həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq ki ailəmizlə birlikdə yetərincə vaxt keçirə bilmirik. Gəlin illər sonra, bu gün ailıəmizlə istədiyimiz qədər vaxt keçrmədiyimizə görə peşman olmayaq.

R.t..Zemichka


Ata və oğlu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.