Əyyub peyğəmbər

05 Temmuz 2015
3 110
0
Əyyub peyğəmbər
Əyyub peyğəmbər
Quranın surələrinin dördündə həzrət Əyyubun(ə) adı zikr olmuşdur. O pərvərdigarın səbr və dözümlülükdə nümunəvi olan böyük peyğəmbərlərindəndir. Onun adı vəhy olmuş peyğəmbər sırasında qeyd olmuşdur. Allah taala buyurur: -"İbrahim, İsmail, Yəqub, Əsbat, İsa, Əyyub, Yunus, Harun və Suleymana vəhy etdik."
Əyyub peyğəmbər
Allah taala Qurani Kərimdə dünyadakılara üstünlük verdiyi adamların arasında Həzrət Əyyubun adını çəkərək belə buyurur: -"Onun (İbrahimin) nəslindəndir. Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harun. Və biz yaxşı əməl sahiblərinə belə mükafatlandırıq. Zəkəriyya, Yəhya, İlyas və hamısı layiqlilərdəndir. İsmail, Yəsə, Yunus və Lut hamısını dünyadakılardan üstün etdik.
Əyyub peyğəmbər
Eləcədə Qurani Kərim bir neçə peyğəmbərin qısa olsa da dastanına işarə etmiş, o cümlədən Musa, Harun, İbrahim, İshaq, Yəqub, Davud və Süleyman peyğəmbərin adını çəkmək olar. Əyyubun haqqında isə buyurur: -"Əyyub bir vaxt Rəbbinə yalvarıb dua edərək belə demişdi: -"Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin ən rəhmlisisən! Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik".
Əyyub peyğəmbər
"Sad" surəsində 42-ci ayədən sonra o həzrətin dastanını daha artıq şərh edib buyurur: Bizim bəndəmiz Əyyubu xatırla o zaman pərvərdigarını səsləyib Şeytan məni çətinlik və əzaba salmışdır (dedi). Bu ayənin ardınca pərvərdigar onun duasının qəbul olması, salamatlığını qaytarması, xəstəliyinin yox olmasını belə nəql edib buyurur ki, biz ona dedik: Ayağını yerə vur ki, bu (bulaq) sərin yuyunma və içməlidir. Daha sonra "Ənbiya" surəsində o həzrətin ailəsini ona qaytarmasını olduğu kimi bəyan edir. Bu zaman həyat yoldaşı haqqında içdiyi andını xatırlayıb (inşallah sonradan şərh olunacaq) qısa şəkildə nəql etmişdir. 45-ci ayənin sonunda buyurulur: -"Biz onu səbir edən tapdıq; nə gözəl bəndə idi! O, tövbə edən (bizim tərəfimizə qayıdan) idi."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.