Son görüş

14 Temmuz 2015
2 305
0
Son görüş
Son görüş


Son görüş
İkimiz də bilirdik ki, gedirsən,
Bəs niyə mən səni yola salmadım.
Ayrılığın sonu yoxdur, bilirsən,
Necə də bivecəm, vecə almadım.

Gözlərində bulanmışdı inci su,
Artıq ölüb xəyalları, arzusu.
İlahi mələyi qapını pusur...
Qəlbim söylədi qal, amma qalmadım.

Oxşadım əlini, gəlmədi kara,
Sanki sığal çəkdim mən buza, qara.
Seçdiyin yol görən aparır hara?
Bunu nə sən bildin, nə mən anladım.

Böyük zövq alsaq da hər gözəl andan,
Həyat ötüb keçir qısa zamanda.
Məni çağırsan da, çağırmasan da,
Qoşa qalacaqdır, adınla, adım.
Son görüş
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.