Planetin super meyvəsi

10 Eylül 2014
1 554
0
Planetin super meyvəsi
Planetin super meyvəsi

Dietoloqlar deyirlər ki, dünyanın ən faydalı meyvəsi nardır.

Feat.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların fikrincə, narda xeyli antioksidant və fitokimyəvi birləşmələr var. Tərkibindəki polifenol və tannin maddələri qan təzyiqini və zərərli xolesterinin miqdarını aşağı salır və bununla ürək fəaliyyətini yaxşılaşdırır.

Həmçinin məlum olub ki, nardakı polifenol və antioksidantlar xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır, hətta onları öldürür.

Narın tumu az kalorilidir, əvəzində sellüloza və vitaminlə zəngindir. Belə tərkibli ərzaqlar çəkiyə nəzarət etməyə kömək edir.

Nar, eyni zamanda dərinin cavanlığını qoruyur, qırışlarla mübarizə aparır. Bütün bunlar da elə antioksidantların hesabına olur. Narın antibakterial təsiri də var. Dişində problemi olanlar üçün nar əvəzsizdir: narın şirəsi diş ərpinin qarşısını alır, diş və damaq ağrısında kömək edir.

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.