Ölüm ayağında olan insanların 5 peşmançılığı

19 Temmuz 2015
2 144
0
Ölüm ayağında olan insanların 5 peşmançılığı
Ölüm ayağında olan insanların 5 peşmançılığı

Bronnie Ware Avstraliyada, ölüm ayağında olanların qayğısına qalan tibb bacısı idi. O, sonunda “Ölüm yolunda olanların ən böyük 5 peşmançılığı” adlı kitabını çap etdirir. Ölüm yolunda olanlarının fikirlərini dərindən başa düşmək bizim indiki həyatımızda müsbət dəyişiklərə səbəb ola bilər. Bəzən həyatın gündəlik təşvişləri bizim normadan artıq dərəcədə narahat edir, qanqaraçılığına səbəb olur. Bunun üçün həyatın əsas məqsədini yaddan çıxarmamaq lazımdır.

Kaş ki, öz istədiyim kimi həyatımı qurardım, başqalarının məndən gözlədiyi kimi yox.

Uşaqlıqdan ailənin, cəmiyyətin səndən gözlədikləri var. "Filan işi etmək olar", "bunları belə etməlisən" kimi… Nə etmək lazımdır ki, sənə orijinal olan, sənin istədiyin həyatı yaşayasan?

Kaş ki, bu qədər çox işləməzdim.

Bəzən normaldan artıq işləyirik, bəzən bizdən çox işləməyimizi gözləyirlər, bəzən isə, diskomfort-narahatlığı aradan qaldırmaq üçün çox işləyirik. Yəqin ki, daha çox vaxt xərcləyə biləcəyimiz fəaliyyətlər var ki, bizi daha çox bəsləyəcək, bizi insan kimi daha da böyüklüyə aparacaq.

Kaş ki, öz hisslərimi ifadə etmək üçün cəsarətim olardı.

İstər işdə, istər dostluqda, istərsə də yoldaşlıqda qətiyyətli olmaq yerinə, susuruq. Orijinal həyat yaşamaq, hisslərindən xəbərdar olmaqdır və hisslərini ifadə edə bilməkdir. Hisslərinizi ifadə etmədikdə, başqalarına öz sevginizi bildirmək imkanını itirərsiniz ya da sizi kimsə narahat edəndə qorxudan səs çıxartmırsınız. Emosiyalarınızdan xəbərdar olun və onları düzgün şəkildə ifadə etməyi öyrənin.
Kaş ki, dostlarımla mütəmadi əlaqədə olardım.

Dostluq və qohumluq əlaqələri təbii ki, xoşbəxt həyat üçün ən çox lazım olan faktorlardandır. Skype, telefon, email, sosial mediada olan dost-tanış, qohumlarla əlaqə saxlamaq çox asanlaşıb.

Kaş ki, xoşbəxt olmaq üçün özümə imkan verərdim.

Çox adam həyatlarının son gününə qədər xoşbəxt olmağın bir seçim olduğunu başa düşmürlər. Xoşbəxt olmaq istəyirsən, ol! Stres, depressiya, travmatik reaksiyalardan uzaq olun. Həyatda hər cür hadisələr baş verir. Amma hər hadisəyə baxış bucağı adamdan asılıdır. Müsbət düşüncələrə daha çox ağırlıq versəniz, həyatınız müsbətə doğru dəyişəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.