˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ {III}

29 Temmuz 2015
8 450
0
˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ {III}
˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ {III}
http://media.giphy.com/media/Ex1w4IdYJDfa0/giphy.gif
İnsan sevincni, kədərini bölüşməyə, ürəyini boşaltmağa, lazım gəldikdə məsləhət almağa, yol getməyə münasib bir munis
axtarır. Bu axtarış bir müddət davam edir. Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun ona qulaq asacaq,
ona yoldaş olacaq şəxs tapa bilmir. Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır.
Heç kimi digərinin darıxdırıcı həyatı düşündürmür. Hamı üçün yalnız öz əsərini oxumaq, öz romanını yazmaq istəyir.
˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ {III}
Deyirlər, zaman müalicə edir... Mən bu illərdə öyrəndim ki, zaman təbib deyil. O, sadəcə insanı ağrı və kədərlə yaşamağa
öyrəşdirir. Elə bil ki, bu kədər sənin bir hissəndir.

http://data.whicdn.com/images/190380975/large.gif
Mən bu həyatımda xəyal qurmaqdan qorxduğum kimi ikinci bir şeydən qorxmuram. Çünki indiyə kimi qurduğum bütün gözəl
xəyallarımı məhv olmuş gördüm. Mən xoşbəxt olmaqdan qorxuram, sevinməkdən , gələcəyə ümidlə baxmaqdan qorxuram.
Düşünürəm ki, mən bunların heç birinə laiq deyiləm.
˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ {III}
Bəzən tək qaldığımda özümü dünyanı gəzən səyyah, uzaq bir adada sahildə evi olan bir varlı kimi təsəvvür edirdim.
Çox qəribədir ki, xəyallarımda belə mən həmişə tək olmuşam, həmişə...

˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ {III}
Qəribədir bəzən insan öz bədbəxtçiliyini və ya dünyada olan fəlakətlərin günahını insnalarda yox Allahda
görür. Müharibələr, bir çox xəstəliklər, əksər bədbəxtçiliklərimiz düzgün olmayan həyat tərzinin nəticəsidir. Bunları
Allah istəməyib, yaratmayıb da. Onu biz və bizim əməllərimiz törədib. Dünyada baş verən hansı qətlləri, cinayətkarlıqları,
müharibələri Allah etmekdədir?!
˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙ {III}
Bir müsəlmana görə, yaxşı əməlləri olan biri üçün ölüm dar zindandan geniş və gözəl aləmə keçitdir. Bir yolun ki sonunda
insanı gözəllik və rahatlıq gözləyir, ondan qorxmaq axmaqlıqdır.
Ölümdən qorxsaqda, qorxmasaq da, gələcək. Onsuzda, ondan qaçmaq mümkün deyil. Elə isə doğrusu qorxmadan onu
gözləməkdir... Qaçınılması mümkün olmayan şeydən necə qorxmaq olar?!

http://s9.favim.com/orig/130904/be-bird-blue-fly-Favim.com-897593.jpg


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.