Səni Allahımmı gözəl yaradıb ?

01 Ağustos 2015
2 600
0
Səni  Allahımmı gözəl yaradıb  ?
Səni  Allahımmı gözəl yaradıb  ?


Səni  Allahımmı gözəl yaradıb  ?Bir kəlmə hə desən, bu dünyanı mən,
Ayağın altında qurban kəsərəm.
Bil o qədər gözəlsən ki, sən ,
Məni mənliyimdən alıbsan baxıb
Səni Allahımmı gözəl yaradıb ?

...

Dəli divanəyəm yolunda gülüm,
Söylə sənsizliyə mən necə dözüm.
O qədər deməyə varımdı sözüm,
Uzaqsan, çoxusu qəlbimdə qalıb
Səni Allahımmı gözəl yaradıb ?
..


Səni  Allahımmı gözəl yaradıb  ?Verirəm sualı, cavab ver bilim,
Tab etmir həsrətə dözməyir qəlbim.
Sənsizlik olubdur tək bircə dərdim,
Fikirim, xəyalım, hey səni anıb ,
Səni Allahımmı gözəl yaradıb ?

...
Seymurun qəlbinin bir arzusu tək,
Sənə əbədilik bağlanıb ürək .
Sən canın, de bilim, həqiqi gercək,
Bu sual tamam məni başqalaşdırıb ,,
Səni Allahımmı gözəl yaradıb ?Səni  Allahımmı gözəl yaradıb  ?

Müəllif :SEYMUR SÖNMƏZ


R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.