Yalançıdan müsəlman olar?

03 Ağustos 2015
1 124
0
Yalançıdan müsəlman olar?
Yalançıdan müsəlman olar?


Rəvayət olunduğuna görə böyük sufilərdən mövlanə Xalid Bağdadi bir gün Bağdaddan Şama səfər edir.

Şamda ikən onun atına iki nəfərin gözü düşür. Onlar “bu şəxs oğrudur, bizim atımızı oğurlamışdır” deyə qazıya şikayət edirlər. Xalid Bağdadi həzrətləri isə belə cavab verir: “Mən bu atı öz tövləmdən çıxardım və minib gəldim. Məncə, bu iki şəxs müsəlmandır və əsla yalan danışmazlar. Allah-təala hər şeyə qadirdir. Bunların atını mənim tövləmə qoymuş ola bilər. Mən də bu atı minib gəldiyim üçün bu insanların haqqını tapdamış sayılıram. Cəzası nə qədərdisə ödəməyə hazıram.”

Eşitdikləri cavabı gözləmədikləri üçün heyrətlənənn bu iki nəfər Xalid Bağdadinin böyük mənəviyyat sahibi olduğunu başa düşür və “bu at bizim deyil, yalan deyirdik” söyləyərək üzr istəyib tövbə edirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.