Sənli Günlərimin Sorağındayam

06 Ağustos 2015
2 055
0
Sənli Günlərimin Sorağındayam
Sənli Günlərimin Sorağındayam
Sənli Günlərimin Sorağındayam


Sən getdin-gedəli gülmürəm daha,
Qəmli fikirlərin qucağındayam.
Bu hicran yükünü çəkə bilmirəm,
Sənli günlərimin sorağındayam.

Gəldim hüzuruna qəbahətimlə,
Eşqimdə günahım, xəcalətimlə.
Barışa bilmirəm bu qismətimlə,
Sevdamın hələ də o çağındayam,
Sənli günlərimin sorağındayam.

Oynamaq çətindir, bir yuxu eşqin,
Odunda yanarsam, olar su eşqin?
İllər adlasa da indi bu eşqin,
Bəhrəsi olmayan budağındayam,
Sənli günlərimin sorağındayam


Həyatın şilləsi yaman dəyibdir,
Acı təhqirlərlə sanki söyübdür.
Yarım öz sözünü çoxdan deyibdir,
Bilmirəm mən nəyin marağındayam?
Sənli günlərimin sorağındayam.


Sənli Günlərimin Sorağındayam
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.