Mükəmməl qadın olmayın...

Mükəmməl qadın olmayın...
Mükəmməl qadın olmayın...

Yaxşı bir həyat yoldaşı, ana, seksual qadın, ev xanımı, iş qadını, dost, övlad, sevimli və
daha bir çox keyfiyyətlərə malik mükəmməl qadın nədən özünü bədbəxt hiss edər?..….
Çünki bu qadınlar başqaları üçün yaşayarlar..
Bir ailədə qadın, həyat yoldaşının həyatını gərəyindən çox diqqətində saxlayırsa, düz iş görmür!
Hər problemi həll edə bilən, məsuliyyətləri üstünə götürən, nizamı qoruyan və bunun üçün fövqəlbəşər səy göstərən qadın, qarşısındakı kişinin genetikasını pozmuş olur.

İnsan təbiəti almağa, qəbul etməyə meyllidir və rahata tez alışır və belə lazımmış kimi davranır.
Mükəmməl qadın hər işdə müvəffəqiyyətli olduğundan, qarşısındakına edəcək bir şey buraxmır.
O məsəl var deyərlər ki, "Armud yetiş, ağızıma düş..."
Amma əlaqələr, paylaşma olmadan inkişaf etməz ki...
Qadın və kişi əlaqəsinin inkişafı, həyatın verdiyi məsuliyyətlər, dərslər və səy ilə düz mütənasibdir.
Uşağının məktəb tapşırıqlarını özü edən bir ana, övladının öyrənmə qabiliyyətinin inkişaf etdirməsinə maneə törətdiyinin fərqində deyil əslində...
Eyni vəziyyət münasibətlərdə də keçərlidir.
Həyat yoldaşının işlərini boynuna götürən, etməsi lazım olanları onun yerinə edən, bacara bilmədiklərini bir şəkildə həll edən mükəmməl qadın, bədbəxt olmağa məhkumdur!
İşin qəribə tərəfi də budur ki, bu quruluşdakı qadınların əlaqələri sonunda xəyal qırıqlığı ilə bitir.
Ən çox aldadılan, tərk edilən qadınlar qüsursuz qadınlardır ki, nədən aldadıldıqlarını anlaya bilməzlər.
Üstəlik də həyat yoldaşlarının seçdikləri qadınlar özlərinə bu sualı verərlər: "Mənim nəyim əskik idi?"
Və bu cümlənin cavabı havadan asılı qalar...
Əlaqələr paylaşmalar üzərində quruludur.
Mükəmməl qadın, həyat yoldaşının edəcəklərini boynuna götürdüyündə, onun uğurlarını da əlindən almış olur.
Səy göstərmək, məşğul olmaq üçün ona iş və ya səbəb buraxmır.
Həyəcanı, həvəsi qalmayan bir kişi isə təbii olaraq gedib, özünü göstərəcəyi, yaradacağı başqa mühitlər axtaracaq...
Ətrafınızdakı insanları bir düşünün.

İçlərində, mükəmməl olduğuna inandığınız, amma hələ də niyə evlənə bilmədiyini və ya bədbəxt bir ailəsi olduğunu anlaya bilmədiyiniz nə qədər qadınlar var....
Hazır bir həyat... Hər bir maddiyyat və rahatlıqla təmin olunmuş bir həyat...
İlk başlarda çox keyfli gəlsə də, zaman içində son dərəcə darıxdırıcı və sıxıcı, boş bir həyat şəklini alır.
İnsani eqonuzu zərər görməyə imkan verməyin...
Əslində mükəmməllik, özündən imtina etmək deməkdir.
Davamlı başqaları üçün yaşamaq, onların ehtiyaclarını aradan qaldırmaq, onların sevdiklərini seçmək və hazırlamaq, həmişə başqalarını düşünmək, mükəmməl qadını sonunda şəxsiyyətsiz edər!
Öz həyatından imtina etmək, necə deyərlər "saçının hər telini süpürgə etmək", gərəksiz fədakarlıq göstərmək, qarşı tərəfdən alqış və təqdir almaz ki...
Nizamlı olaraq bunlar edildiyi üçün, vəzifəymiş kimi qəbul edilər və boynuna biçilər və qiyməti bilinməz...
Qüsursuz və mükəmməl olmaq, yalnız zərər verər!
Həyat yoldaşını, uşağını, özünü, hətta dostlarını belə çətin bir psixoloji duruma salar.
Əlaqələr paylaşdıqca dəyər qazanır və zövq verir.

Mükəmməl qadın xoşbəxt ola bilməz.
Başqalarının həyatını nizamlarkən, özünə aid bir həyatı olduğunu unudar.
İnsan dediyin bir az da qüsurlu olar. Səhvləri, düzləri ilə var olar.
Mükəmməllik əslində insana aid deyil!
Qüsursuz və ya mükəmməl qadın olmayın...
Bu sizi ancaq, ruhi kölə və həyat xidmətçisi edər!!!
Sevgiylə qalın…
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.