_Uzaq_

13 Ağustos 2015
1 978
0
_Uzaq_
_Uzaq_


İstərdim ki, dərya olam,
coşub - daşam cilvələnəm ,
Sən hardasan,qanad calıb,
quş olaraq yanına gələm.
Yollarımda maneələr
eniş-yoxuş çoxdur deyə,
Gələmmirəm.buna görə
mən qacıram, səndən uzaq.



_Uzaq_


Ürəyimdə sözüm coxdu,
Sənə qarşı sevgim boldu.
Gözlər yaşardı,doldu
Bu qismətə, bu talehə.


_Uzaq_


Kədərliyəm,sorma halım,
bir himə bəndəm dolmuşam.
Fikirlərdə,xəyallarda
təmamən başqalaşmışam.
Bir dünyam var,bu dünyada,
dünyama mehman olmuşam.
Dərd-kədərdən gen qacmışam,
kənar qüssə-qəmdən uzaq..



_Uzaq_


İstəyirəm olaq qoşa
Dolaq ikilikdə yaşa.
Bu həyatı başdan-başa
Verməyək heç əsən yelə,




_Uzaq_


Arzularım müxtəlifdi,
coşab daşan caya bənzər.
Yoxluğunda bü gözlərim.
səni arar səni gəzər.
Rəbbim özü qoy qorusun,
bizə dəyməsin heç nəzər.
Hər ikimiz harda olsaq,
olaq dərddən,şərdən uzaq...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.