▷Zülmət gecələrə günəşdir Allah◁
Zülmət gecələrə günəşdir Allah..
Qanadsız quşlara qanaddır Allah..
Açsana gözünü, aç və yaxşı bax,
Görmürsən nə gözəl Rəssamdır Allah?!...
Xoşbəxtlik ondadır, inan ki, onda,
Qovuş ki, çox xoşbəxt olasan sonda.
Qorxmursan yanarsan alovda, odda?
Alovlu dünyanı söndürər Allah...
Bircə gözyaşına təmizlənərsən,
Əfv dilə, dərk elə,özün görərsən.
Bilməzsən, bu axşam bəlkə ölərsən,
Ölmədən tər-təmiz təmizlən Vallah.
Dərdini Allaha aç, danış, söylə,
Dərdinin dərmanı ondadır ancaq.
Qorxma kürəyini Allaha söykə,
Qırılmaz tək dayaq Allahdır ancaq.
Əllərin qolların vardırsa sənin,
Nədən ki, sən hər gün şükür etməzsən?
O qara saçında düşən hər dənin,
Bircə hesabı var, bilə bilməzsən.
Aç ona əlini, yalvar Allaha,
Bigane qalmaz o bil dualara,
Günahı çevirər o savablara,
Yetər ki, ürəkdən əl aç Allaha...
Yetər ki, ürəkdən yalvar Allaha
...
Qanadsız quşlara qanaddır Allah..
Açsana gözünü, aç və yaxşı bax,
Görmürsən nə gözəl Rəssamdır Allah?!...
Xoşbəxtlik ondadır, inan ki, onda,
Qovuş ki, çox xoşbəxt olasan sonda.
Qorxmursan yanarsan alovda, odda?
Alovlu dünyanı söndürər Allah...
Bircə gözyaşına təmizlənərsən,
Əfv dilə, dərk elə,özün görərsən.
Bilməzsən, bu axşam bəlkə ölərsən,
Ölmədən tər-təmiz təmizlən Vallah.
Dərdini Allaha aç, danış, söylə,
Dərdinin dərmanı ondadır ancaq.
Qorxma kürəyini Allaha söykə,
Qırılmaz tək dayaq Allahdır ancaq.
Əllərin qolların vardırsa sənin,
Nədən ki, sən hər gün şükür etməzsən?
O qara saçında düşən hər dənin,
Bircə hesabı var, bilə bilməzsən.
Aç ona əlini, yalvar Allaha,
Bigane qalmaz o bil dualara,
Günahı çevirər o savablara,
Yetər ki, ürəkdən əl aç Allaha...
Yetər ki, ürəkdən yalvar Allaha