Tövbəkar oldum
Ya Rəbb bu eşq məndə,mənimlə hər an, Eşq ilə can tapdım,canda var oldum! .. Bu çətin nəfsimə neylədi zaman? .. Bəzən qışa döndüm,gah bahar oldum! .. Tövhidin nuruyla,var etdin canı, Üfüqünə nəqşettin bənzərsiz fərmanı ! .. Tədbirdən,təqdirə dönən hər sonu, Təfəkkür etdikcə tövbəkar oldum! .. Tale lövhəsində,incə bir sirr var, Bir ömürə sığmadı,eşq deyilən dərd ! .. Aləmi sardıqca bu dərin sirr, Yanmış ney misalı,ahuzar oldum! .. Əzəldən əbədə bu şövq,bu həvəs, Firdövs'dən,Meva'dan,Naim'dən bir səs! .. Müqəddəs əmanətə yüklü hər nəfəs, Ağac,budaq saldıqca,Laləzar oldum! .. Hüzün dəzgahından,bəzədin gülü, Yardın,pak eylədin mömin könülü! Səbəblər içində hər təvəkkülü, Hiss etdikcə həm gizli,aşkar oldum! .. Ya Rəbb yaxın Sənsən,mən məndən uzaq, İçimdə,iç-içə minlərcə tələ ! .. Ey könül kec nəfsi,mənliyi burax, Kim demiş aləmdə bəxtiyar oldum?! |
(Müəllif: Rıfat Araz)
(Tərcümə etdi: SaFFron)
(Tərcümə etdi: SaFFron)