Söylə Yadındamı?

10 Kasım 2014
1 778
0
Söylə Yadındamı?
Söylə Yadındamı?


Söylə yadındamı o axşam çağı?....
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
Sönməyən mən oldum, sönən sən oldun.

Söylə Yadındamı?

Doymamış sabahın tər nəfəsindən,
Sevdalı quşların təranəsindən,
Sözündən,əhdindən, iradəsindən
Dönməyən mən oldum, dönən sən oldun.

Söylə Yadındamı?

Pozuldu ilqarın, dəyişdi andın,
Torpaqda alışıb, havada yandın.
Axır gözlərinlə görüb inandın
Enməyən mən oldum, enən sən oldun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.