Qisas və Şizofren

30 Ağustos 2015
2 752
8
Qisas və Şizofren
Qisas və Şizofren

Səhər açılırdı, ancaq mən hələ gözlərimi yummamışdım. Dəqiqələr keçdikcə günəşin şüaları gözümə düşürdü. 3 həftəlik saqqalımı qaşıya-qaşıya hamama keçib əl-üzümü yudum. İştahım yox idi , əynimə paltar geyinib evdən çıxdım. Sahilə gedib dəniz kənarında dayanaraq dənizi izləyirdim. İçimdəki əziyyətə bu son verməsə də, əksinə məni kədərləndirsə də dəniz havasını sevirdim.

Saat 9-a yaxınlaşır və şəhərin mərkəzindəki maşınların səsi də artırdı. Mən də saat 9 da başlayacaq təlimə getdim Ora ilk dəfə gedirdim. Orada insanlar toplaşır bir-birlərinə problemlərini danışırdı. Artıq ətrafımda heç kimim qalmadığından, dərdimi danışmaq üçün təlimə getməyə qərara almışdım.

Mən ora çatanda artıq təlim başlamışdı. Mühazirəni deyən nurani sifətli bir kişi məni görər-görməz qarşısındakı 8 nəfərə dedi ki, bu oğlan aramıza yeni qatılıb. Adı Orxandır, gəlin hamımız onu tanıyaq, gəlin onun dərdini həll etməyimiz üçün Allaha dua edək. Hər kəs əllərini ovucuna qoyub, çənəsinə yaxınlaşdıraraq dua edirdi. Aralarına keçib oturdum və Samirə adlı bir qadın öz dərdindən danışmağa başladı. Ərindən boşanandan sonra psixoloji sarsıntılar keçirirmiş. Məhkəmənin qərarıda uşaqları atasına veribmiş və indi də üzünü göstərmir. Çox kədərli görsənirdi və danışanda ağlayırdı. O qurtarandan sonra hər kəs onun gələcək xoşbəxtçiliyi üçün ürəyində dua etməyə başladı. Nə üçün bura gəldiyimi özümdə bilmirdim. Sonra mənə söz verildi və mən ayağa qalxaraq, insanların qarşısına keçib danışmağa başladım:

– Mən çox pis adamam. Tək pis yox, həm də iygənc bir insanam. Danışıb qurtarandan sonra sizdən ricam mənə dua yox, lənət oxuyun. Çünki siz özünüz də bu sözümə görə mənə haqq verəcəksiniz.

Adım Orxandır. Universitetə daxil olandan bu günə kimi o qədər qızlarla olmuşam ki, hətta indi yolda görsəm çoxusunu xatırlamaram. Həmişə qızların xoşuna gəlməyi xoşlamışam. Hansı qız mənə 3 saniyədən artıq baxırdısa, onu ovuclarımın içinə alırdım. Hamısı ilə yatandan sonra yoxa çıxırdım. , onların məni tapa bilməməsi üçün bu günə kimi bəlkə 100 dəfə nömrə dəyişmişəm.

Bu qızlardan birinin adı Lamiyə idi. Ətrafımdakı oğlanlar mənə deyirdi ki, heç də asan tikə deyil. Ağır qızlarda xoşuma gəldiyi üçün onu göz altı etmişdim. Onun şabalıdı saçları, qara gözləri, bəyaz çöhrəsi, qızıl gül kimi büzülən dodaqları vardı. Həmişə başını aşağı salıb dərsə gedib gəlirdi. O mənə fikir vermirdi və mən də buna görə çıldırırdım…

Arxasınca çox gedib-gəldim və nəhayət, diqqətini çəkə bilmişdim. O da məni sonradan sevdi. Zaman keçdikcə o məni çox həyəcanlanıdırırdı. Hiss edirdim ki, digər qızlardan fərqli olaraq o həqiqətən məni sevirdi, sanki mənsiz nəfəs ala bilmirdi. 3 ay beləcə danışdıq və üç ayda onun ürəyini tamamilə əllərimə almağı bacarmışdım.

Bir gün Lamiyə ilə şəhərdə gəzərkən bərk yağış yağmışdı. Lamiyəyə dedim ki, yağış kəsənə kimi gedək mənim evimə, yağış kəsdikdən sonra özüm evlərinə aparacağımı söylədim. Tərəddüt etsədə yağışın şiddətliyindən mənimlə razılaşdı. Onun əlindən tutdum və qaça-qaça yaxınlqıdakı mənzilimə getdik. Təpədən dırnağa ikimiz də su idik. Mən üzərimdəki köynəyi çıxardım və yarıçılpaq Lamiyəyə baxdım. Lamiyə mənə dedi:

– Bura gəlməyim düzgün deyildi.

– Narahat olma ömrüm, bura sənində evin sayılar…

– Nə bilim… Sənə inanıram. İnanmasam gəlməzdim.

– Üzərin bütün sudur. Keç içəridə mənim paltarlarımı geyin. Paltarın qurusun. Yoxsa xəstələnəcəksən…

– Aha, məndə onu deyəcəkdim…

Lamiyə mənim yataq otağıma keçdi və paltarını soyunmağa başladı. Mən onu qapının arasından gizli seyr edirdim. Onun bədənini həddən artıq mükəmməl idi. Özümü saxlaya bilməyib, qapını açdım və içəri girdim. Lamiyənin rəngi qızardı və mənim köynəyim ilə bədənini gizlətdi. İçəri girər-girməz Lamiyəyə dedim:

– Mən səninlə evlənmək istəyirəm.

– Nə? Necə? – o çaş –baş qalmışdı.

– Hə, elə indi, bu saniyə…

– Bu necə olacaq?! Dəli olmusan? – o gülümsəyərək dedi.

Onun əlindən tutaraq yarı çılpaq halda pəncərəyə tərəf getdim. Yağan şiddətli yağışı göstərək ona söyləməyə başladım:

– Qoy Allah şahidimiz olsun ki, səni həmişə sevəcəyəm. Deyirlər bir-birini sevən iki gəncin kəbinini mələklər kəsir. Bu gündən sonra mənim qadınımsan… – Onun bədənini qucaqladım, nəm alnından öpərək islaq dodaqlarına yaxınlaşdım. Alt dodaqları iki dodağımın arasında buz kimi əriyirdi. İçimdə elə bil alov yanırdı. Mən çox qızlarla olmuşam amma, belə bir hissi heç vaxt yaşamamışdım. Öpüşə-öpüşə kənardakı yatağa yıxıldıq. Əllərimiz br-birimizin bədənində gəzirdi. Uzun dırnaqları ilə bədənimi cırırdı sanki…Amma bunu hiss etmirdim. Çünki ehtiras həzzinin ən yüksək qatında idim. Nəm və uzun saçları sinəmdə gəzirdi… İlan qabığını dəyişərkən necə ağaclara sürtünürdüsə, biz də bir-birimizə elə sürtünürdük…


Beləcənə öz məqsədimə çatmışdım. Qovuşduqdan sonra, o başını sinəmə qoyub ağlaya-ağlaya çox xoşbəxt olduğunu və heç vaxt ayrılmamağımızı Allahdan istəyirdi.

Hər şeyin üstündən 1 həftə keçdi. Mən ona dedim ki, rayona xəstə atamın yanına gedirəm. O da səbrsizliklə məni gözləyəcəyini dedi. Ancaq mən heç bir yerə getmədim. Nömrəmi dəyişdim. Xoşbəxtlikdən kirayə tutduğum evin də vaxtı bitmişdi. Başqa evə keçərək bütün izimi itirmişdim.

1 ay idi ki, məni axtarırdı, ancaq mən başqa sevgililər axtarırdım. Heç gözləmədiyim vaxt, o mənim qarşıma çıxdı. Üzümə nirətlə baxırdı. Mənə dedi:

– Mən sənə inanmışdım, Orxan…

– Lamiyə, bu inam məsələsi deyil, mən də alınmırdı. Hisslərim ölürdü.

– Bəs məni niyə bədbəxt etdin?

– Həyatını davam elə, inanıram ki, ən yaxşı oğlan sənin qarşına çıxacaq!

– Əclafsan sən… Heç olmasa…Heç olmasa….Bətnimdəki uşağı düşün…. – birinci dəfə idi ki, belə hadisə ilə qarşılaşdım…

– Nə ? necə? Mən uşaq filan istəmirəm. Al nə qədər istəyirsən pul, uşağı aldır. Deyəsən dəli olmusan! – cibimdəki bütün pulu uzadaraq ona verdim.

– Allah sənin cəzanı versin! – pulu götürüb üzümə çırpdı və getdi.

Ondan sonra Lamiyəni birdə görmədim.

İki həftə sonra universitetdən dostlarla söhbətləşən vaxt dostlarımdan biri mənə dedi ki, bəs sənin danışdığın qız 5 gün bundan əvvəl özünü balkondan aşağı atıb və dünyasını dəyişib . Bütün grup yoldaşları dəfninə gedibmiş. Soruşdum hansı mənim danışdığım qız?! Dedi ki, Lamiyə…

Sanki birdən-birə nəfəsim kəsildi … Özümü qatil kimi hiss etdim. Əmin idim ki, mənə görə özünü öldürmüşdü. Bu qədər ciddi olacağını bilmirdim. Ahh Tanrım… İnanırsınız elə dəhşətli qorxu- hissi yaşadım ki… Hətta qəbrinin üzərinə də getdim. Baş-daşındakı şəkilində həmişəki kimi gözəl görsənirdi. Özümü bağışlaya bilmirdim.

Qəbrstanlıqdan çıxar-çıxmaz məscidə gedib tövbə etmişdim…. Ancaq heç nəyə çarə qıla bilmirdim. Hər gecə Lamiyə yuxuma girirdi. Onunla sevişməyimizi xatırlayırdım. Həqiqətən onun kimi gözəl və namuslu qızı yarı yolda qoymağım mənim axmaqlığım idi. İndidə bu axmaqlığın istirabını çəkirdim. Bu şəhər mənə onu xatırladırdı və mən də artıq dözə bilmirdim. Hər gecə qan-tər içində yuxudan oyanıb hönkür-hönkür ağlayırdım. Atam gil məni psixoloq yanına yazdırdılar. O da mənə kömək edə bilmədi və hətta, etdiyim əmələ görə hiss etdim ki, mənə nifrət etdi. Psixoloqun atam gilə məsləhəti ilə Azərbaycandan uzaqlarda yaşayacaqdım.

Əmim Ukraynada yaşayırdı və əşyalarımı hazırlayıb onun yanına getmək üçün yola qoyuldum.

2 il onun yanında qaldım. İşlədim və Lamiyəni unutdum…

***

Azərbaycana Lamiyəni unudaraq geri döndüm. Tövbəmə sadiq qalmışdım və Lamiyədən sonra heç bir qıza baxmamışdım.

İllərdən sonra bağladığım sosial şəbəkəni açaraq, dostlarıma bildirdim ki, vətəndəyəm. Dostluqlarımın siyahısında Lamiyə də var idi. bir az ürəyimi acıtdı. Keçmiş günləri xatrlamamaq üçün sosial şəbəkəni bağladım.

Mənim üçün ən çətin günlər hələ indidən sonra başladı…. Bilirsiniz necə? Ehhh hardan biləcəksiniz… İzininizlə danışım…

Səhər saat 9 idi. Mən yatağımdan çıxmamışdım. Saat 12-dən sonra şirkətlərdə iş axtaracaqdım . Birdən-birə qapı döyüldü. Gözlərimi ovuşdura-ovuşdura dəhlizə tərəf getdim, qapını açdım və astanada bir qız dayanmışdı. Gözlərimi bərkdən ovuşdurub, birdə baxdım. İnanan bilmirdim. Ürəyimin döyüntüsündən qabırğalarım çartlaya bilərdi. Qapının ağzındakı Lamiyə idi. Bərkdən boynuma sarıldı.. Üzümdən gözümdən öpdü , qapını örtüb içəri keçib dedi:

– Nə olub, ay dəli? Elə bil ruh görmüsən! İndiyə kimi yatmısan ,ay təmbəl?

– Sən?Sən? Necə olur bu? – təəccüblə və dəhşətli qorxu ilə dedim.

– Deyəsən bərk yuxu görmüsən . Nə olub? – Lamiyə üzünü turşudub dedi.

– Sən… Sən…Allahım dəli oluram….Ağlımı qaçırıram… – qışqırmaq istəyirim, ancaq qorxumdan tərpənə də bilmidim.

– Məni qorxuzma Orxan… Nə baş verib?

– Sən ölmüşdün …

– Xa,xa,xa …. Yuxunda görmüsənsə ömrümü uzatmısan… – Bərkdən gülərək dedi.

– Yox mən indi yuxudayam. Yenə keçmiş kabuslara qayıtmışam.

– Canım mənim, nə danışırsan?! Xahiş edirəm məni qorxuzma. Danış görüm nə görmüsən yuxunda?!… – belimi qucaqlayıb dedi.

– Sən özünü öldürəndən sonra düz 2 il Ukraynada əmimin yanında qalmışam. İşləmişəm… Bu axı gerçək idi.

– Qoy 1 stəkan su gətirim. Gözlə… – qollarını belimdən çəkərək mətbəxə getdi.

Lamiyə içəri keçib su gətirdi. Məndə üzümü yudum və güzgüdə özümə baxdım. Fikirləşirdim ki, bu necə ola bilər axı?! Hamamdan çıxanda Lamiyə suyu mənə verdi və başıma çəkərək içdim. Sonra Lamiyə üzümü sığalladı. Dodaqlarımdan öpə-öpə məni yataq otağı tərəfə apardı. Mən çılpaq idim. Onun dodaqları bədənimdən gəzirdi. Köbəyimdən öpə-öpə aşağı düşürdü.



***

Sonra yenidən yuxudan oyandım. Saat 1 idi. Başımı yastıqdan qaldıranda, “Lamiyə” deyə səsləndim. Evdə heç kim yox idi. Başımın ağrısından az qala beynim qopacaqdı. Deyəsən yuxu görmüşdüm. Əgər, yuxu idisə, bu çox gerçəkci idi. Yemək yemədən, əynimə paltar geyinib, qəbrstanlığa getdim. Lamiyənin qəbrinin qarşısında dayandı.Göz yaşlarımı yanağımda yox, içimdə hiss edirdim. Bayaq ki, yuxu o qədər gerçəkci idi ki, hələ də özümə gələ bilmirdim. Qəbrlərin arasında gözümə kimsə dəydi. Amma məhəl qoymadım. Uzaqdan dəqiq görməsəmdə qıza oxşayırdı. Yəqin ki, kiminsə qəbrini ziyarətə gəlmişdi.

Qəbrstanlıqdan ayrıldım və evimin yaxınlığındakı kafedə oturdum. Stəkanı dodaqlarımın arasına aparıb bir qurtum içəcəkdim ki, Lamiyə qəflətən kafenin qapısından içəri girib üzərimə gəldi. Stəkan əlimdən yerə düşdü və parça-parça oldu. Hər kəs mənə baxdı. Lamiyə gəlib mənə sarılaraq. üzümdən öpüb salamlaşdı. Ofisianta iki qəhvə söylədi. Daha sonra isə masa arxasına keçib mənim əlimdən tutaraq, dedi:

– Ömrüm, bağışla atam zəng etmişdi deyə, mən evə getməli oldum. Sənə xəbər verə bilmədim.

– Lamiyə… Sən gərçəksən?

– Dəlisən sən?

Mən ayağa qalxıb kafenin içərisində uca səslə qışqırmağa başladım : “ Ay camaat, yalvarıram mənə düzünü deyin, bu qızı görürsünüz?” – hər kəs mənə baxıb gülümsədi. Başları ilə “hə” işarəsi mənasında salladılar. Lamiyə gəlib mənim qolumdan tutub dedi:

– Bəsdir də! Məni niyə qorxuzursan ki? Bu gün səhər-səhər də qəribə idin. Camaat bizə baxır , aşağı otur! – Lamiyə az qala hirsindən ağlasın.

Qəhvələr gəldi və Lamiyə mənə gedib üzümü yumağı söylədi, mən tualetə gedib əl-üzümü yudum. Gözlərimin içi qan –qırmızısı olmuşdu. Tualetdən çıxıb, kafenin salonuna getdim. Lamiyə üzümə gülümsəyərək dedi ki, qəhvəni iç heç nəyin qalmayacaq! Mən ona dedim:

– Lamiyə, hamiləsən sən?

– Yox… Bunu haradan çıxardın… – təəccüblə soruşdu.

– Offf… bu nədir axı?!… Mən gerçək həyatdayam yoxsa, yuxuda ?!

– Mənim gözəlliyimin şahidisənsə deməli realdasan…Xa,xa,xa! – ucadan güldü. Ətrafdakı insanlar yenə gözlərini bizə zillədi.

– Bəs mən Ukraynada iki il oldum. Yox bu yuxudur…

O, sadəcə, gülümsədi. Qəhvəni içəndən sonra bir az təmiz havada gəzdik. Mən çox yoruldum. Lamiyə məni evə apardı. Mənim halımdan gileylənirdi. Qapıdan içəri girər-girməz mənimlə sevişməyə başladı. Lakin, ona toxunmağa halım yox idi. Məni soyunduraraq yatağa atdı və çılpaq bədənimi, əlləri ilə masaj etməyə başladı. Sonra isə heç nəyi xatırlamıram.

Yuxudan oyananda yenə “ Lamiyə” deyərək oyandım. Yanımda heç kim yox idi. Yuxudan duran kimi mədəmdəki aclığı hiss etmədən, dostum Firuza zəng etdim:

– Alo, mənəm Orxan… Necəsən Firuz?

– Ooo… Yaxşıyam qardaş. Gəlmisən sən? – səsimi dərhal tanıdı.

– Mən hardaydım ki? – Yuxuda olub olmadığımı dəqiqləşdirmək üçün özüm soruşdum.

– Mən bildiyim qədəri ilə Ukraynadaydın. 2 il keçib hələ də zarafatını buraxmayıbsan da… -dəstəyin başında gülərək dedi.

– Qardaş, vəziyyət qəribədir. Mənim sualıma cavab ver. Lamiyəni tanıyırsan?

– Hansı Lamiyə…? – telefonun başında bir müddət gözləyərək dedi.

– İki il bundan əvvəl mənə göstərmişdin ki, bu qızı ələ almaq heç kimə nəsib olmayıb.

– O qız özünü öldürmədimi….? Neyniyirsən ki? – fikirləşmədən dedi.

– Oldu, sağol. Telefonu kənara atdım və bu səfər yuxudan oyandığımı dəqiq bildim. Girdim hamama və ilıq suyu açıb altına girdim. Su bədənimdən sinəmə, sinəmdən köbəyimə, köbəyimdən ayaqlarımın arasına axırdı. Gözlərimi yumub suyun ləzzətini hiss edirdim.

Qapı döyüldü və suyu bağlayıb. Beldən aşağı hissəni dəsmal ilə bağlayaraq, qapını açdım… Lamiyə əlində bazar çantası ilə içəri girib və dedi:

– Canım, bazarlıq etməyə getmişdim. Necə yatdın?

– Yox…yox…. yox…. – beynimdən şiddətli ağrı qalxdı. Əllərimlə islaq saçlarımı sıxaraq bağırmağa başladım.

Lamiyəni kənara itəldəim və tamamilə çılpaq halda evdən qaçdım. Bilmirdim elə hey qaçırdım…. Hər kəs mənə baxırdı. Yolun ortasına çıxıb maşın yolu ilə tam çılpaq halda irəlləyirdim. 5-10 oğlan qarşıma çıxıb lüt olduğuma görə “Ana-bacı” söhbəti edib, məni təpiklərinin altına salıb, bərk döydülər. Polislər məni apardı. Sonra isə həkim yanına apardılar. Həkimə hər şeyi danışdım . 3 il ərzində şiddətli elektro şok kursu ilə “Şizofreniya” adlı xəstəliyimi müalicə edirdilər. Onları inandıra bilmidim ki, Lamiyə həqiqətən yaşayır.

Düz 3 il… Bir il əllərim, qollarım bağlı dəlixanada qaldım… Amma sevinirdim ki, Lamiyənin xəyalını məhv elədim.

1 dəstə gül aldım və Lamiyənin qəbrinin üzərinə getdim. Çünki həmin gün onun vəfat etdiyi gün idi. Qəbrstanığa çatan da uzaqdan gördüm ki, Lamiyənin qəbrinin üzərində kimsə var. Bu bir qız idi və əlini üzünə qoyub ağlayırdı. Bir az da yaxınlaşdım.. Aman Tanrım… Lamiyə öz qəbrinin üzərində durub ağlayırdı. Ağlaya-ağalaya üzünü mənə çevirib dedi:

– Orxan? Gəldin?- ağlamaqdan gözləri qızarmışdı.

– … – mən onu sadəcə xəyal olduğunu fikirləşdim və qəbirə yaxınlaşdım. Gülləri üzərinə qoydum .

– Orxan niyə danışmırsan?

– Sən nəsən? Yalvarıram çıx ağlımdan… Özümü öldürməmi istəyirsən? Mən sağaldığımı düşünmüşdüm. Özümü öldürməmi istəyirsənsə, öldürüm. – Lamiyənin mərmərdən olan qəbir daşını qucaqlayıb, başımı möhkəm çırpmağa başladım. Alnımdan qan açılırdı. Lamiyə durub mənə yaxınlaşdı və məni qəbirdən uzaqlaşdırdı. Çantasından çıxardığı yaylıq ilə alnımdakı qanı sildi, . O məni bir kafeyə apardı. Mənə danışacaqları bəzi şeylər varmış. Mən artıq onun xəyal olduğuna öyrəşmişdim. İki kofe sifariş verəndən sonra danışmağa başladı:

– Orxan, sən çox əclaf, sən çox pis insansan. Qızların həyatı ilə oynamısan. Neçə qızı beləcə bədbəxt etmisən. Sən hardan bilirsən ki, digər qızlar da özünü öldürməyib? Hamilə qoymamısan onları? Hə? Orxan, dərsini aldınmı? İnsan öz nəfsinə sahib çıxmağı bacarmalıdır. Yoxsa bax beləcə günahlarının əcirini çəkərsən… Sən elə bilirsən ki, səninlə danışan bir ruhdur və ya bir xəyaldır. Bəlkə də yenə yuxu da olmağını fikirləşirsən. Ancaq bunların hamısı bir gərçəkdir. – o, çantasından dəftərlər çıxararaq, davam etdi- Bax bu Lamiyənin günlüyüdür. Hər cümləsində sən varsan, bu dəfyərin içindəsənin şəkillərin var. O səni o qədər sevirdi ki. Bunu sözlə təsvir etmək də kifayət deyil. Ancaq sən bunu başa düşmədin. Digər namusu ilə oynadığın qızlar kimi Lamiyəni də bədbəxt elədin. Xoşbəxtsənmi?

– Mən…

– Dayan sözümü kəsmə… Sən yaşamırsan, sən bir ölüsən. Diri ölülərdənsən! Dəlixana da qalmağın məni sevindirdi. Çünki məqsədimə çatıb səni dəli eləməyi bacardım. Amma indi gərçəyi bil! Mən Lamiyənin əkiz bacısıyam! Sənin Azərbaycana dönməyini lamiyənin profilində gördüm, tez də bağladın. Daha sonra çətində olsa dostlarından birini tapıb qaldığın ünvanı öyrəndim. Sən əlini-üzünü yuyandan sonra içdiyin suyun içində dərman var idi. Hansı ki, o yuxu dərmanı ilə sən dörd saat əlavə yatdın. Qəbirstanlığa gedəndə səni izlədim, daha sonra kafeyə keçdin və mən sənin ardınca, girdim. Sən tualetə gedəndə yenə qəhvənə dərman atıb sənin yuxunu gətizdirdim. Sonra evə də gələndə sən lüt qaçdın, sonra öyrəndim ki, dəlixanaya bağlayıblar səni. Mən öz qısasımı almış oldum. Bacımın qisasını! Səni öldürə də bilərdim. Sən qarnındakı uşaq olan bir qızın qatilisən! Belə necə yaşaya bilirsən? Əlvida… birdə məni görməyəcəksən…. Sənə söz verirəm! – dedi və çantasını götürüb getdi. Ağlımın ucundan da keçəmişdi ki, Lamiyənin əkiz bacısı var. Bədənim əsirdi… qorxudan…ünahlarımdan…. Lamiyənin bacısı həqiqətən, haqlı idi.


***

Həə belə dostlar…. Mənim də hekayəm bu qədər idi. – Aparıcı ayağa qalxaraq ağlayan camaata dedi:

Gəlin Orxana dua edək ki, hər şeyi onda yaxşı olsun. – ancaq onun sözünü kəsərək dedim:

– Yox dua etməyin. Ürəyimdəkiləri sizə danışdım və rahatladım. Şayət, mənə nəsə olsa ağlınızda qalanları bir kitab halında çıxarın ki, insanlar öz nəfsinə sahib olmayınca nələr baş verəcəyini görsün. Bunu sizdən xahiş edirəm! Hələlik dostlar.

Təlimi tərk etdim və şiddətlə əsən küləkli havada dənizə tərəf getdim. Sahildə fırtınaya görə heç kim yox idi. Dalğalar bir-birinin belini qucaqlayırdı. Qara buludlara baxdım və sanki, içərisində Lamiyəni gördüm… məni özünə çağırırdı. Gözlərimi yumuram və Lamiyəyə qovuşmaq üçün dənizə tərəf addımlayıram. İndi dərk etdim ki, Lamiyəni sevirəm… Bu dənizin dalğaları məni ona aparacaq… Sənə gəlirəm Lamiyə..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    sebrsiz biri olsamda sona qeder oxudum..ve nefsinin ezabini cox pis cekib.. qizda adawwimiw )))ellerine sagliq
  2. Nastinko
    Oğlana yazığım gəldi amma birazda beynim qarışdı
  3. SEHRI
    • SEHRI
    • 31 Ağustos 2015 15:35
    Bağışla səbrim çatmadı oxumağa .Əməyin üçün sağol.
  4. Inadcıl keçi
    Bilmedim kime haqq verim..oglana yazigim geldi bir az..amma oglanin eledikleri de cox pisdi..evvel men de ele bildim sizofrendi..ve ya bawqa nese..amma bir wey var ki,elediklerinin pis oldugunu anlayib..ve cezasini cekmeye de hazir idi..nese..pis oldum bir az..
    Tewekkurler muellife
  5. Marshall Mathers
    Sitat: Dear..
    Sitat: Marshall Mathers
    Sitat: Dear..
    Düzü çox uzun idi deə yarısını oxudum maraxlı gəldi..
    -Təşəkkürlər

    maragli gelseydi axira geder oxuyardin eger oxumursuzsa hech sherhde yazmiyin!

    Oke neynim gördüm nə şərh var baxış sayıda 10 dedim şərh yazımda..))
    Nidaylada danışmasan yaxşı olacax.

    bash uste 52
  6. Dear..
    • Dear..
    • 30 Ağustos 2015 17:31
    Sitat: Marshall Mathers
    Sitat: Dear..
    Düzü çox uzun idi deə yarısını oxudum maraxlı gəldi..
    -Təşəkkürlər

    maragli gelseydi axira geder oxuyardin eger oxumursuzsa hech sherhde yazmiyin!

    Oke neynim gördüm nə şərh var baxış sayıda 10 dedim şərh yazımda..))
    Nidaylada danışmasan yaxşı olacax.
  7. Marshall Mathers
    Sitat: Dear..
    Düzü çox uzun idi deə yarısını oxudum maraxlı gəldi..
    -Təşəkkürlər

    maragli gelseydi axira geder oxuyardin eger oxumursuzsa hech sherhde yazmiyin!
  8. Dear..
    • Dear..
    • 30 Ağustos 2015 16:27
    Düzü çox uzun idi deə yarısını oxudum maraxlı gəldi..
    -Təşəkkürlər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.