Eşqin gözü kordur
Eşqin gözü kordur dedilər,görmədi Məcnun,
Bir başqa gözəl sev dedilər,sevmədi Məcnun.
***
Qəm əhli bilib dərdinə dərman qəmi bilmiş,
Dərddən usanıb dərdinə can vermədi Məcnun.
***
Yox Leyli misal türfə gözəllərdə sədaqət?
Çün sevdiyi yar peyman idi,bilmədi Məcnun.
****
Gəlmişdi bu dünyaya qəmin həmdəmi olsun,
Qəmdən də ağır dərdləri var,çəkmədi Məcnun.
***
Hər an xəyalıynan yaşadın,səbr elə,Mövlud,
Yetməkdə ikən vəslinə tab etmədi Məcnun.
Müəllif: Mövlud Ağamməd