Sevgi

31 Ağustos 2015
2 063
5
Sevgi
Sevgi
Bir döyünən ürəkdi sevgi
Hər ürəyə gərəkdi sevgi
Qəlblərdə yaşayan mələkdi sevgi
Mələyin qanadın sındıranı var
Sevgini qəlblərdə yandıranı var

Sevgi bəzən qəmdi, kədərdi
Sevgi deyirlər, qismət, qədərdi
Kimə baldı, kimə zəhərdi
Hərədə bircür yaşanır sevgi
Qəlbdən qəlbə daşınır sevgi

Kimlərsə gizlin sevir, kimi kimsəni
O yar isə sevir başqa özgəni
Vəfasız yar deyir sevmirəm səni!
Bəzən qəddardı, cəlladdı sevgi
Neçə sevənləri allatdı sevgi

Xoşbəxt olan, iki sevən olur
Həyatda acılı çox günlər olur
Bəzən elə dolaşır düyünlər olur
Düyünləri çözməyə acizdi sevgi
Talehin qarşısında gücsüzdü sevgi


Nakam sevgidə kimdi günahkar?!
Həyatmı günahkar ya vəfasız yar?
De! sevgilisinə qovuşan neçə sevən var?
Sevgisinə qovuşmadan əl çəkmir sevgi
Qovuşmaq üçün neçə yolmu keçmir sevgi

Sevgidə min yol ayrılır, yollar uzanır
Yarına qovuşmaq üçün qollar uzanır
Qara sevdalı ümüdlə qovuşacaq sanıır
Gözlədər həsrətlə ümüd dolu sevgi
Elə hey gözlədər yar yolu sevgi


Sevgi xəyallara alır, aparır
Sənə xəyallarda toy-busat salır
Xoşbəxtlik xəyallardakı sevgidə qalır
Bəlkə ele xeyallardadı xoşbəxt sevgi
Xoşbəxtliyə vermədi heç fürsət sevgi

Sevgidən yazmaqla yetməz kağız, qələmim
Sevgi ilə doludur qəlbim də mənim
Muradam, şeirdi sevgi həmdəmim
Məni də çəkibdir sınağa sevgi
Birzaman məni də bənzətdi qonağa sevgi


SevgiMüəllif:Murad Ağayev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    pis deyildi tewekkurlerr
  2. ::.ProsTo DeLiw.::
    Şeiri o qederde cox beyenmedim))
  3. Nastinko
    Sevgi nə vaxtsa olmuş ola bilər amma indiki dövrdə elə bir hiss yoxdu olmuyacağda, sevgiyə inanmıram, inanmamışam inanmıyacamda

    Şeir qəşəngdi amma dediyim kimi 020
  4. KarameL...
    Seni sevire 11 herflik bir yalan inanmiram mende


    Weir qewexdi
  5. SEHRI
    • SEHRI
    • 31 Ağustos 2015 15:27
    Qəşəng şerdi amma mən sevgiyə inanmıram. Sevgi sözü gələndə mənə gülməli gəlir.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.