İnfarktın 5 əlaməti

01 Eylül 2015
1 347
2
İnfarktın 5 əlaməti
İnfarktın 5 əlaməti

Beləliklə, infarkt necə “gizlənir”

1. Diş ağrısı və çənənin sol tərəfində ağrılar. Bir çoxları dəyərli vaxtlarını itirərək kardioloqun əvəzinə stomatoloqa müraciət edirlər.

2. Boyun, sol əl, dirsək və hətta ayaqda olan ağrılar. Önəmlisi ağrının harada deyil, necə olmasıdır. Adətən belə hallarda pristuplar 10-15 dəqiqə və daha artıq müddət ərzində davam edir, sonra isə keçir.

3. Astmanı xatırladan pristuplar. Təngnəfəslik, hava çatışmazlığı və sinə nahiyəsində xırıldama hiss olunur. Bu infkartktın “astmatik” növü ola bilər.

4. Solğunluq, yorğunluq və qəfildən başlayan yapışqan tər ifrazı. Hərdən infarkt səbəbsiz (ilk görünüşdə) şəkildə bədən temperaturunun 38,5 C- yə qədər artması ilə müşahidə olunur.

5. Qida zəhərlənməsinə bənzəyən hallar. Qarın nahiyəsində kəskin ağrılar. Bir çox hallarda eyni zamanda ürək bulanması, qıcqırma və qusma ola bilər. Bu simptomlardan hər hansı müşahidə olunarsa təcili tibbi yardım çağırmaq məsləhətdir. Təcili yardım həkimləri yerində EKQ edib diaqnozu daha dəqiq təyin edəcəklər.

VACİB! Təcili yardım gələndən öncə nə tədbirlər görmək lazımdır

- Xəstəni uzadıb məkanı təmiz hava axını ilə təmin etmək - Xəstəyə bir ədəd Nitroqliserin həbi çeynətdirdikdən sonra 5 dəqiqə ərzində ağrılar kəsmədiyi halda daha bir həb vermək. Bu halda qan təzyiqini ölçüb, onun çox aşağı olmadığına əmin olmaq məsləhətdir - Xəstəyə Aspirin (500 mq) həbini çeynətdirmək - Xəstəyə kömək üçün bütün addımların atıldığını izah edərək onu sakitləşdirmək - Təcili yardım həkimlərini qarşılamaq və bütün xəstəlik sənədlərini və bundan öncə EKQ olunubsa, onun nəticələrini də həmçinin həkimə təqdim etmək. Xəstənin son zamanlar hansı dərmanlar və müalicə qəbul etdiyi barədə həkimlərə məlumat vermək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah qorusun hamsinin basinda eseb durur
  2. Lami95
    melumata gore tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.