Aldadıcı ilk mühakimə...
Yaşlı bir kişi 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olur və əyləşirlər. Gənc oğlan pəncərənin yanında özünə yer tapır.
Qatar hərəkətə gələn andaca gənc oğlan küləyi hiss etmək üçün əlini pəncərədən çölə çıxarır və bir anda heyrətlə qışqırır:
-Ata, görürsən, bütün ağaclar arxaya gedir!
Qoca kişi ona cavab olaraq gülümsəyir.
Gənc oğlanın yanında evli bir cütlük əyləşmişdi. Onlar 25 yaşlı gənc bir oğlanın hərəkətlərindən, özünü uşaq kimi aparmasından bir qədər heyrət içərisində idilər.
Gözlənilmədən gənc oğlan yenidən heyrət içərisində qışqırdı:
-Ata, gölü, heyvanları görürsən?…Görürsən, buludlar qatarla birgə gedir.
Cütlük artıq atanın çox sakit şəkildə izlədiyi oğlunu böyük təəccüblə izləməyə başlamışdılar. Bu zaman yağış yağırdı. Yağış damcıları gənc oğlanın barmaqlarının arasından süzülürdü. O böyük sevinclə gözlərini yumdu. Sonra isə yenə dedi:
-Ata, yağış yağır. Mən ona toxuna bilirəm. Görürsən ata?!
Ataya nə iləsə kömək etmək fikrinə düşən cütlük yaşlı kişidən soruşdular:
-Nəyə görə oğlunuzu müayinə olunması üçün hər hansı bir klinikaya aparmırsınız?
Yaşlı kişi cavab verdi:
- Biz elə indicə klinikadan gəlirik. Mənim oğlum bu gün ilk dəfədir ki, görmə qabiliyyətinə qovuşdu…