Oxumağa dəyər...
Yaşlı kişi öz 25 yaşlı oğlu ilə
qatarın
vaqonuna daxil olub yerlərini
tutdular.
Oğlan pəncərə tərəfdə
əyləşmişdi.Qatar
tərpənən kimi o, hava axınını hiss
etmək
üçün əlini pəncərədə bayıra
çıxardı və birdən heyrətlə qışqırdı:
- Ata, görürsənmi, bütün ağaclar
geriyə
gedir..!
Yaşlı kişi cavabında gülümsədi.
Cavan oğlanın yanında evli cütlük
əyləşmişdi. Onlara 25 yaşlı oğlanın
özünü uşaq kimi
aparması təəccüblü gəlmişdi.
Oğlan qəfildən yenə də heyranlıqla
qışqırdı:
- Ata, gölə bax, heyvanlara bax!
Buludlar
bizimlə birgə hərəkət edir..!
Cütlük oğlanın qəribə hərəkətlərini
utanaraq müşahidə edirdi, atası
isə
oğlunun davranışında heç bir
qəribəlik
görmürdü.
Yağış yağmağa başladı, damcılar
oğlanın
əllərinə düşdü.
O, yenə də sevinclə gözlərini
yumub qışqırdı:
- Ata, yağış yağır..! Görürsənmi,
ata..?
Bayaqdan oğlanın hərəkətlərini
izləyən
cütlük kişidən soruşdu:
- Siz niyə oğlunuzu hansısa bir
klinikaya
aparmırsınız..? Kişi cavab verdi: -
Biz elə klinikadan gəlirik.
Bu gün mənim oğlumun ömründə
ilk dəfə
gözləri görməyə başlayıb.." ✔
Başqa
insanların işləri və hərəkətləri
haqqında tam məlumatı olmadan
onları
qınamaq olmaz. Hər şeyi yalnız
ALLAH bilir. Ona görə də -
Qınamayın ki,
Qınanmayasınız..!