Axtarırsan

15 Eylül 2015
1 134
5
Axtarırsan
Axtarırsan
Axtarırsan
Qəlbimdə sözüm çox, deyə bilmirəm,
Qaçmağa bəhanə söz axtarırsan.
ətrimi duyanda niyə, bilmirəm?
ətrafa gəzdirib göz, axtarırsan.
O lal yaradılmış, səsi olmamış,
Sevgimin qəlbində izi olmamış.
Tüsdüsü olmamış, hisi olmamış,
Yanmayan ocağda köz axtarırsan.

Hikmətli sayılar söz, zamanında,
Səhvinə çox yumdum göz, zamanında.
Özün əyri oldun düz zamanında,
əyrilər zamanı düz axtarırsan.
"Tapılar səndən çox sevən" deyirsən,
Bu nəyə bənzəyir, bərkə bilirsən.
Birdən ona qədər ədəd görürsən,
Onların içində yüz axtarırsan.

Sübhan bahardadır, qışa düşmüsən,
Qumdan qaçan idin, daşa düşmüsən.
Duydum ki, səhvini başa düşmüsən,
Üzümə baxmağa, üz axtarırsan.
Axtarırsan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    eziiyete gore cox sagol )
  2. allah bendesi
    emeye gore tewekkurler
  3. crazy_reniw
    belede emeye gore saq ol :/
  4. Eylül
    Sitat: Jessica
    Mənasızı yazıdı üzümə baxmaq üz axtarırsan lap elzanın şerlərinə oxşadı:D

    :D eziyyetin ucun tesekkurler
  5. Jessica
    Mənasızı yazıdı üzümə baxmaq üz axtarırsan lap elzanın şerlərinə oxşadı:D
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.