Həyatın mənası

05 Ekim 2015
3 118
3
Həyatın mənası
Həyatın mənası
Həyatın mənası
HƏYATIN MƏNASI
Köhnə zamanların birində bir adam həyatın mənasının nə olduğunu
öyrənmək isdəyirmiş ...

Tapdığı heç bir cavab ona kifayət gəlmirmiş və başqalarına soruşmağa qərar vermiş .. Amma aldığı cavablar da ona razı salmırmış. Lakin mütləq bir cavabı olmalıdır deyirmiş .. Və gəzib hər kəsə bunu soruşmağa qərar vermiş .. Kənd, qəsəbə, ölkə gəzmiş, bu arada zaman da dayanmır təbii ki ...

Tam ümidini itirmişkən bir kənddə danışdığı insanlar ona
-bu qarşıkı dağları görürsənmi, orada yaşlı bir müdrik yaşayır istəsən ona get bəlkə o sənə axtardığın cavabı verə bilər, demişlər.

Çox çətin bir səfər sonunda müdrikin yaşadığı evə çatmış adam. Qapıdan içəri girmiş və müdrikə həyatın mənasının nə olduğunu soruşmuş ..
Müdrik "sənə bunun cavabını söyləyərəm amma əvvəl bir imtahandan keçməyin lazımdır" demiş. Adam qəbul etmiş. Müdrik bir çay qaşığı vermiş adamın əlinə və içinə də zeytun yağı doldurmuş.
- İndi çıx və bağçada bir az gəz , təkrar bura gəl ... Yalnız diqqət et, qaşıqdakı zeytun yağı azalmasın, əgər bir damla azalsa itirərsən ..
Adam, gözü çay qaşığında, bağçanı gəzib gəlmiş. Müdrik baxmış bəli demiş "qaşıqda yağ azalmamış, yaxşı bağça necə idi?"

Adam çaşmış ...
- Amma demiş mən qaşıqdan başqa bir yerə baxmadım ki ...
- İndi təkrar bağçanı gəzirsən, qaşıq yenə əlində olacaq amma bağçanı araşdırıb gəl, demiş müdrik ...
Adam təkrar bağçaya çıxmış, gördüyü gözəlliklərlə ovsunlanmış, möhtəşəm bir bağçadaymış çünki ... Geri gəldiyində müdrik adama "bağça necə idi" deyə soruşmuş ...
Adam gördüyü gözəlliklər qarşısında ovsunlandığını izah etmiş. Müdrik gülümsəmiş "amma qaşıqda heç yağ qalmamış" demiş və əlavə etmiş:
- Həyat sənin baxışınla məna qazanar. Ya yalnız bir nöqtəni görərsən, həyatın axıb gedər, sən fərqinə varmazsan ... Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar ... Həyatının mənası sənin baxışlarında gizlidir.

Həyatın mənası
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    coox maraqli yazidi coox
  2. SaFFron
    Nizaminin bir şeiri yadıma düşdü

    Heyatın menası hüner demekdir,
    Ne şehvet, ne yuxu, ne de, yemekdir.
    Yatmağı, yemeyi bu alemde sen,
    Atda, öküzde de göre bilersen.

    Allah dahi şairimize rehmet elesin,nece de doğru söyleyib.
  3. SEHRI
    • SEHRI
    • 5 Ekim 2015 22:16
    Həyatın mənası çətinlikdir və o çətinlikdən çıxdıqdan sonrakı huzur və xoşbəxtlikdir və ya çətinliklə əldə etdiyin qələbənin verəcəyi zövqdür həyatın mənası. (DƏRİN DÜŞÜNCƏSİ VƏ MƏNTİQİ OLAN ANLAYACQ NƏ DEMƏK İSTƏDİYİMİ)
    Xəbər üçün təşəkkür edirəm.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.