Dürüstlük Çiçəyi

03 Ekim 2015
2 699
3
Dürüstlük Çiçəyi
Dürüstlük Çiçəyi

Dürüstlük Çiçəyi
Bir Çin şahzadə taxta çıxacaqdı ancaq qanunlara görə, daha əvvəl evlənməsi lazım idi. Uyğun bir namizəd tapmaq üçün regiondakı gənc qızları hüzuruna çağırdı. Sakı qulluqçulardan birinin qızı şahzadəni çox sevirdi. O da şəhzadənin hüzuruna çıxmaq istədi. Anasının xəbərdarlıqlarına qulaq asmadı, çünki sevdiyi adamı bir dəfə də görmək onu xoşbəxt edəcəkdi.

Gözlənən gecə gəldi...Gənc və gözəl qızlar ən gözəl paltarlarını geyinib, bəzənib, özlərini bəyəndirmək üçün hər çarəyə müraciət etmişdilər. Şahzadə qızlara bir toxum verdi. Bunu saxsı qaba əkmələrini, altı ay sonra gəlmələrini dedi. Ən gözəl gülü yetişdirən qızı özünə arvad olaraq seçəcəkdi. Hamı toxumu alıb həyəcanla evlərinə geri qayıtdı.

Gənc qız da ona verilən toxumu alıb dibçəyə əkdi. O qədər baxmasına, qulluq etməsinə qarşılıq torpaqda tək bir cücərti belə görünmədi. Hər şeyi yoxladı, mütəxəssislərlə məsləhətləşdi, amma bir fayda görmədi. Altı ay dolmuşdu, amma dibçək hələ də bomboşdu. Şahzadəyə təqdim edəcəyi bir çiçək olmadığı halda yenə də qeyd edilən gün və saatda boş dibçəklə saraya getdi. Halbuki digər qızlar gözəl çiçəkli dibçəklərlə gəlmişdilər.

Nəhayət, gözlənilən an gəldi. Şahzadə salona girdi, qızların arasında gəzdi, saxsıları bir-bir araşdırdı. Xidmətçinin qızını özünə arvad olaraq seçdiyini bildirdi. Hamı təəccüblənmişdi. Digər qızlar bu qətnaməyə reaksiya göstərdilər, etiraz etdilər. Boş dibçəklə gələn qız necə yoldaş olaraq seçilirdi?Şahzadə vəziyyəti belə açıqladı:


"Bu Gənc xanım ən dəyərli çiçəyi hazırlayıb mənə təqdim etdi. O çiçəyin adı dürüstlük çiçəyidir. Çünki sizə payladığım toxumların hamısı saxtadı və çiçək açmaları mümkün deyil".

Dürüstlük Çiçəyi


Redaktə etdi: Dürüstlük Çiçəyi SaFFron Dürüstlük Çiçəyi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 3 Ekim 2015 21:05
    Oxudum maraqlı xəbər idi.əllərinizə sağlıq.
  2. SaFFron
    Redakte ederken oxumuşdum beyenmişdim hekayeni. Her kes dürüst ola bilmir, kim dürüstdürse o şexs özünü xoşbext hiss ede biler.Çox sağolun maraqlı hekayeyçün
  3. ...DUALARIMDASAN...
    cox maraqli hekayedi. twkler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.