Vallah yaşayırıq, ölməyirik ki ….

14 Ekim 2015
2 568
1
Vallah  yaşayırıq, ölməyirik  ki ….
Vallah  yaşayırıq, ölməyirik  ki ….

http://img-fotki.yandex.ru/get/4700/vasiliska67.4/0_4504a_ef4688bc_L

Dünyaya bir nəzər saldım bir anlıq,
Nədənsə qalıbdır mənə qaranlıq.
Bəs deyil insana həyatda varlıq,
İlahi bəxş edən, bizə bu canı
Qoruyub saxlıya bilməyirik ki ....
...
Ağlımız var ikən ağılsızlaşıb,
Düşüncə , fikirlər, tamam qarışıb.
Özümüzdən kənar,biz uzaqlaşıb,
Gəzirik cahanda aranı - dağı,
Günahı özümüzdə görməyirik ki.....

...
Həsrəti, hicranın biz yollarında,
Dolanıb vüsalın soraqlarında.
Olmuşuq məhəbbət qınaqlarına,
Hamı sevgi deyir, bəs sevgi hanı...?
Alışıb yanırıq, sönməyirik ki,.......
..
Kimisi baş alıb, gedirəm deyir ,
Kimisi qəm yükü , cəkirəm deyir,
Dünənki uşaq da sevirəm deyir,
Sehirli xalatda axtarır Xanı ...
Göz yumub biz buna dinməyirik ki....

...
İnsanlar qəribə olubdur tamam,
Qınağa çevrilib dillərdə zaman,
Dindirsən deyirlər Allah quluyam,
Oyuncaq eyləyir əldə islamı
Sorsan şəhadətin heç bilməyir ki....


Seymuram bu günə edirəm şükür,
Bəzən haqsızlıqlar qəlbimi sökür,
Çoxları deyirlər insanlar ölür
Tapır o,dünyada ədalət haqqı,
Vallah yaşayırıq, ölməyirik ki ….

http://img-fotki.yandex.ru/get/4700/vasiliska67.4/0_4504a_ef4688bc_L


MÜƏLLİF : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 16 Ekim 2015 00:38
    Bu seır daha cox xosuma geldı.. Ellerınıze saglıq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.