Xoşladığımız yeməklər və xasiyyətimiz

20 Ekim 2015
1 752
10
Xoşladığımız yeməklər və xasiyyətimiz
Xoşladığımız yeməklər və xasiyyətimiz

Xoşladığımız yeməklər və xasiyyətimiz

İnsanların xasiyyətini müxtəlif üsullarla öyrənmək olar.
Onlardan biri də insanların yediyi yeməkləri müqayisə etmək və zövqünə görə necə insan olduğunu müəyyən etməkdir.

Eqoistlər

Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri xoşlayır.

Romantiklər

Özlərini qurban verməyə hazır olanlar, cəngavər və romantiklər şirniyyat yemədən yaşaya bilmir.

Xəsislər

Duzlu yeməyə meyllik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaları ilə də fərqlənirlər.

Səmimi insanlar

İstiotlu yeməkləri xoşlayanlar isə sadəlöhv və səmimi olurlar.

Temperamentli insanlar

Qaynar temperamentli acı yeməkləri sevənlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən qurtulmaq üçün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.

Yağlı yemək xoşlayanlar

Yağlı yemək xoşlayanlar isə cəld və çevik olurlar. Həddindən artıq açıq olmaları bir çox hallarda həmsöhbətlərinin xətrinə dəyir.

Ət yeməyi sevənlər

Ət yeməyi xoşlayanlar həyatda uğur əldə etməyə çətinlik çəkmirlər. Onlar eyni zamanda ambisiyalı olur. Lakin tərəf müqabili kimi daimi olmurlar və başladıqları işi çox vaxt başa çatdırmırlar. Öz istəklərini həyata keçirmək məqsədi ilə bəzən istənilən situasiyadan sui-istifadə edə bilirlər. Ət yeməyi xoşlayanlar tənqidləri sakit qarşılaya bilmirlər.

Balıq sevənlər

Balıq sevənlər öz sakitliyi və daimiliyi ilə fərqlənir. Dözümlü olmaları onlara dostları və həmkarları arasında hörmət qazandırır. Ailədə belə insanlara arxalanmaq olar. Lakin bir qədər səmimilikləri çatmır. Nadir hallarda başqaları haqda açıq fikir bildirir və bununla da ilk növbədə özlərinə ziyan vururlar.


Xoşladığımız yeməklər və xasiyyətimiz

Lalə Əhmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Dushunce.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Səmimi insanlar-
    Bəli acını çox sevirəm... Səmimi olduğum deyilir bilmirəm tam)
  2. Dear..
    Eqoist və romantik55
    -Maraxlıdı..Təşəkkürlər..
  3. ..Şirinim..
    Mən turş yeməyi sevirəm)
    Ço saol xəbərə görə
  4. crazy_reniw
    Maraqlisir.. ellerine saqliq
  5. AleDa
    • AleDa
    • 20 Ekim 2015 18:46
    maraq ucun xeberi paylasdim. reyleriniz ucun teüekkurler laughing
  6. SaFFron
    Hardasa biraz uyğunluq var idi.Ama bu tip yazılar mənə inandırıcı gəlmir,məsəlçün elə bir şirniyyat sevən tanıdığım var ki yazılanların ona heç dəxlisi belə yoxdu ) Hər nəysə.Təşəkkür
  7. ilawka
    Maraqli xeberdi amma mene aid hecne yoxduuu 12
  8. Tina
    • Tina
    • 20 Ekim 2015 17:21
    duzunu desen butun yemekleri sevirem demeli hamsis mene aiddir?
  9. ALA GOZ
    :D hec mene aid olani yokki
  10. SindireLLa
    Maraqli idi. oxudum ama mence deqiq melumat deyildi.yenede təşəkkür.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.