Salam Tanrı

27 Ekim 2015
1 499
2
Salam Tanrı
Salam Tanrı
Salam TanrıSalam TanrıSalam Tanrı

Salam Tanrı.. Qopub hər şeydən o dünyalı bu dünyalı yanına gəldim.. Nədir Tanrı? Unutduğun insanlar siyasında öncə gəlir mənim adım.. Nədir Tanrı sonum mənim.. Buraxacam bu dünyanı ki, o dünyaya yanına gəlim.. İnsan niyə susur Tanrı? Sənki ona dil vermisən.. Danışmağa güc vermirsən.. İçdə ölür üzdə gülür.. Dərdi nədir insanların? Yalanlara alışırlar.. Acizləşib şeytanlaşıllar.. Yolun sonu nədir Tanrı?.. Bu dünya ki cəhənnəmdi o birində nəyə lazım?.. Xəyal etdiyimiz kiminsə gerçəyidi.. Acı nədir.. Ölü nədir?.. Öldümmü mən indi Tanrı?.. O dünyada nə var Tanrı?.. Bu dünya cəhənnəmdisə o birində nəyə lazım?.. Söylə Tanrı.. Bu dünyada ədalət yoxsa o birində nəyimə lazım?.. Yandı canım.. Qopdum hər şeydən o dünyalı bu dünyalı.. Öldüm Tanrı.. Ona görə bu məktubu Sənə yazdım.. Qırıldı qolum qanadım.. Sındı xəyal, arzularım.. Bu yolları getmək çətin hər kəsə.. Qaranlıq zülmətdən keçib günəşə varmaq nə zaman Tanrı?.. Artıq canım cəhənnəmə.. İnan heç deyiləm vecimə.. Başqası çox dəyirlidi nəyinki mən öz özümə.. Bunlar deyil üsyan sənə.. Cavabsız məktublarımdı.. Salam gətirdim sənə.. Unutduqların sırasında ilk mənim adım keçdi deyə...

Salam Tanrı

Salam TanrıSalam Tanrı
Pheirry'De Oktabri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Bəyənmirəm bu tip yazıları.Bir çoxlarının yazının müəllifi olan Pheirry'De Oktabri 'dən xoşları gəlir tracklarını falan bəyənirlər.Mən bəyənmirəm.Allahın buyurduqlarına itaət etmirlər sonra başdıyırlar həyatdan acıdan zaddan dən vurmağa.Allahın buyurduğu kimi yaşadız ki siz.Xəyal qururlar,arzular edirlər,onlar puç olanda da ölümdən danışırlar.Möminin arzuları çox qısa olar.Bununla bağlı 1-2 hədis qeyd edirəm.

    İmam Əli (ə):«Arzu qəlbi unutqanlığa çəkir, yalan vəd verir, çoxlu qəflət və xəbərsizlik gətirir, əfsus və həsrətlə nəticələnir.»

    İmam Əli (ə):«Uzun arzu axirəti insanın yadından çıxarır.»

    Məncə bunlar kifayətdi.
  2. Dear..
    Xəbərin redaktesi sadə və qəşəhdi.Ama mən tanrı sözünü işlətməyi xoşlamıram işlətmirəmdə.Allah`ım və ya Rəbbim olsa daha xoş gələrdi xəbər mənə.
    -Təşəkkürlər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.