-Çarəsizlik.
Çox dəyər verdiyin birinin əllərinin arasından itib getməsi... İtirmək.. Ən çox dəyər verdiklərini itirmək... Ya da tərk edilmək bəlkədə... Ən sevdiklərin tərəfindən... O qədər qəribədiki sevdiklərinin bir zamandan sonra sənlə maraqlanmaması.. Adi 'salam' sözünə belə həsrət qalmaq... Ağırdı.. Hələ artıq sənin yerini başqaları almışkən.. O gülümsəmələr, zarafatlar artıq başqasına məxsus olduqdan sonra... İncidir... çox incidir həmdə... Ölənlə ölünməz deyirlər.. 'Gedən'lə ölünərmi görəsən? Belə tərk edib gedənlə, yarıda qoyub gedənlə, vecinə almayıb gedənlə. Ölünərmi görəsən?! Göz yaşları axıdılıb, yas tutularmı görəsən?! Çünki ölümdən daha betərdi sevdiyinin səni atıb getməsi, o sağ ikən görə bilməmək, toxuna bilməmək, adını belə çəkə bilməmək! Ölümdən daha dəhşətli deyilmi?! Sağ ikən ölü olmaq kiməsə... Danışa bilməmək, susa bilməmək, şəklinə belə baxa bilməmək.. Dəhşətlidi... Axan göz yaşlarını kimsə görməsin deyə gizlicə ağlamaq, içinə axıtmaq bütün zəhərini.. adını belə çəkməmək, birdən səsindən hiss edərlər necə darıxdığını... Bütün bunlar bir kənara.. Hər şeyə rəğmən onların heçnə olmamamış kimi həyatlarına davam etməsi öldürər səni.. Sanki sən heç yoxmuşsan.. Heç olmamısan.. Halbuki sən hər gün yenidən ölürsən, sən onların səni buraxdıqları yerdə sıxışıb qalmışkən.. Ölənlə ölünməz deyirlər.. 'gedən'lə ölünərmi bəs?