İnsanların Həssas Yanaşmaları - Maraqlı Eksperiment
2009-cu ildə Şotland psixoloqları belə bir eksperiment ediblər:
Edinburq küçələrinə müxtəlif yerlərə 240 ədəd pulqabı atdılar. Bütün pulqabılarda sahibin əlaqə nömrəsi, ünvanları vardı. Pulqabıların əksəriyyətinə müxtəlif fotolar qoyulmuş, bir qisminə qoyulmamışdı. Cəmi 101 pulqabı onu tapanlar tərəfindən sahibinə çatdırıldı. Maraqlı olan isə bu idi: içərisinə körpə uşaq fotosu qoyulmuş pulqabıların 88 faizi; ev heyvanı fotosu olan pulqabıların 53 faizi; ailə fotosu olanların 48 faizi; yaşlı cütlük fotosu olanların 28 faizi; foto olmayanların 15 faizi sahiblərinə çatrdırılmışdı.
Bu eksperiment insanların nəyə daha həssas yanaşdıqlarını təsdiq edir. Əslində, pulqablarını tapmış adamlar ilk növbədə pulqabının özünü deyil, fotoları sahibinə çatdırmağı özlərinə borc bilmişdilər. Çünki içində foto olan pulqabını tapan adam fikirləşir ki, pulqabı sahibi bu fotonu özü ilə gəzdirirsə, deməli onun üçün çox əzizdir. Bəlkə də bu yeganə fotodur və bəlkə də fotoda olan adam həyatda yoxdur. Əksər adamlar belə halda özünü fotonu itirmiş adamın yerində hiss edir, bu isə mənəvi borc hissini gücləndirir.Fb Kitab