Paxıllıq hissiniz yaş artdıqca azalır

14 Kasım 2015
1 787
2
Paxıllıq hissiniz yaş artdıqca azalır
Paxıllıq hissiniz yaş artdıqca azalır

Paxıllıq hissiniz yaş artdıqca azalır

Paxıllıq hissi həm kişilərə, həm də qadınlara xas bir xüsusiyyətdir. Bununla belə, bu hiss 30 yaşına qədər olan insanları daha çox özünə tabe edir – bu iddianı San Diego’da Kaliforniya universitetinin alimləri ediblər.
San Diego Psixologiya Professoru Christine Harris və onun tələbəsi Nicole Henniger tədqiqat çərçivəsində iki müstəqil təcrübə həyata keçiriblər. Birinci təcrübə 18 yaşdan 80 yaşa kimi olan 987 insan arasında keçirilib. İnsanlardan paxıllıq hissi keçirib-keçirmədiklərini soruşublar. İkinci sorğuda isə 843 nəfərdən paxıllıq obyekti olub-olmadıqlarını soruşublar.

Təhlilin nəticələrinə görə, təcrübədə iştirak edənlərin çoxu son il ərzində paxıllıq hissi keçirdiklərini etiraf ediblər. Onlardan 79,4 faizi qadın, 74,1 faizi isə kişi olub. Bununla belə, 80 faiz otuz yaşdan aşağı insanlar ətrafındakı insanların uğurlarına paxıllıqla yanaşdıqlarını boyunlarına alıblar. Bununla da tədqiqatçılar belə qərara gəlib ki, yaş artdıqca insanların paxıllıq hissi də azalmağa başlayır.

İnsanlar daha çox 5 yaş fərqi olduqları həmcinslərinə qarşı paxıllıq hiss etməyə meyllidirlər. Gənc insanlar bu xoşagəlməz duyğunu hiss etmək üçün daha çox səbəb tapa bilirlər. Bu səbəblərə digərlərinin romantik münasibətləri, təhsildə qazandıqları uğurlar və ya sosial uğurlar daxil ola bilər. Lakin maliyyə uğurlarına olan paxıllıqda vəziyyət tamamilə dəyişir. Demək olar ki, bütün yaş qruplarındakı insanlar digərlərinin maddi varlıqlarına paxıllıq hiss edir və hətta bu yaşlı insanlar arasında daha çox yayılmış hissdir.

Qeyd edək ki, başqalarının rəngarəng və hərəkətli həyatı tez-tez insanlarda paxıllıq hissi yaradır. Lakin, sosial şəbəkələrdəki şəkillərlə heç vaxt başqasının həyatı haqqında mühakimə çıxarmaq olmaz. Hər kəsin özünə görə problemləri mövcuddur və kənardan bunu görməyərək paxıllıq etmək heç bir halda düzgün deyildir.

Paxıllıq hissiniz yaş artdıqca azalır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 16 Kasım 2015 16:16
    Paxıllıq təbii ki, hər kəs də var. Elə bir insan tapılmaz ki, onda bu hiss olmasın. Kimi başqalarının uğurlarına, kimi isə onların həyat tərzinə və s paxıllıq edir . Şübhəsiz ki, bu mənfi xüssusiyyətlərdən biridir. Mən təhsil də olan paxıllığı, daha doğrusu" sağlam rəqabəti" müsbət qiymətləndirirəm. O ki, qaldı bu hissin yaş artması ilə azalmasına mən deyərdim ki, bu hər kəsə şamil eləmək olmaz. Sorğuya əsasən qeyd edilsə də amma bu hal hər kəs üçün səciyyəvi deyil. Hər bir şey iradədən asılı olduğu kimi bu hissin də azalması insan iradəsi və məqsədindən asılıdır . Sağ olun)
  2. -Aydan-
    -Məncədə elədi..
    -Maraqlı məlumat idi təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.