→ Uşaqlıq və mən..↑

10 Kasım 2015
1 451
3
→ Uşaqlıq və mən..↑
→ Uşaqlıq və mən..↑


→ Uşaqlıq və mən..↑


Qızıl deyildi şüşəm…
Xoşbəxt də deyildik biz.
Xoşbəxt deyildik amma,
Başlayırdı Xoşbəxtlik bizim pəncərəmizdən…
Toxunurdu əllərim,fikrimdən keçənlərə.
Uşaqlıq xəyalları ovucumun içində
İndi göydən adamlar enir, enmir nə fərqi…
O zaman fərqli idi xəyalımdan adamın Küçəmizə enişi..
O zaman buludlarda bütün evlər, küçələr.
Ulduzlar sayrışırdı şəhərimə gecələr…

O zaman uşağılığın qayğısız azadlığı,
Boğurdu meydanlarda hayqıran "Azadlığı”
O zaman başqa idi bütün filmlər mənə.
Qış gəlirdi qar ilə, yaz gəlirdi bar ilə…
O zamanki manat da,
Yarışmağı sevmirdi bu günki dollar ilə.
O şıltaq xatirəmdə
İndi məndən yan keçən o qədər Arzular var..
Onda yanan şamları "böyümək” adı ilə,
Söndürürdü adamlar…


→ Uşaqlıq və mən..↑

RƏYLƏR
  1. Minyon giril
    gozel idi sozler oxudum xowumda geldi :) ellerine salik
  2. _afoRoz_
    Gozel seirdi ana sehife sekilini cox beyendim) ellerinize saxlix
  3. -Aydan-
    -Gözəl şeirdir belə şeirləri xoşlayıram..
    -Təşəkkürlər.


    -Gözəl şeirdir belə şeirləri xoşlayıram..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.