Kərbəla

11 Kasım 2015
1 912
3
Kərbəla
Kərbəla
KərbəlaHaqqı batildən ayıran imtahandı Kərbəla
Məşuqə yetməkdə aşiqçün məkandı Kərbəla.
Köksün üstündə, axıdılmış müttəqilər qanını
Çevrilibdir qətligahə, bağrı qandır Kərbəla.

Kəsilib başlar bədəndən, sinələr şəmşiriynən
Xeymələr tək odlanıb, həsrətdə yandı Kərbəla.
Zülm, əzab, işgəncələrdən ərşə qalxdı nalələr
Tapdalandı nəşi üryanılar, talandı Kərbəla.

İsti susuz çöl idi, İraqda tasua günü
Dərd bəlalı çöl təki qəmdən yarandı Kərbəla.
Nizə, oxlar yarəsindən torpağı al qan olan
Faciə, niskin dolu ahu-fəğandır Kərbəla.

Qəmgüzar, qürbətdə can vermiş Hüseynimdir Qərib,
Mühacir zəvvarlara, lütfü-həyandır Kərbəla.Kərbəla
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    Kəsilib başlar bədəndən, sinələr şəmşiriynən
    Xeymələr tək odlanıb, həsrətdə yandı Kərbəla.
    Zülm, əzab, işgəncələrdən ərşə qalxdı nalələr
    Tapdalandı nəşi üryanılar, talandı Kərbəla.
  2. SaFFron
    Allah razı olsun paylaşdığınızçün.Bu ayda Kerbelaya , İmam Hüseyne (ə) aid nə qədər çox xəbər paylaşsaq bir o qədər yaxşıdır. Canımız Sənə feda Ya Hüseyn (ə)
  3. allah bendesi
    tewekkurler elleriniz var olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.