Bu dünyadan o dünyaya...

12 Kasım 2015
1 360
1
Bu dünyadan o dünyaya...
Bu dünyadan o dünyaya...

Bu dünyadan o dünyaya...

"Bu dünyadan o dünyaya"

Bir körpü var - görsənməyən
Bu dünyadan o dünyaya...
Nə apara biləcəksən?
Bu dünyadan o dünyaya?!

Üryan gəldin, gedəcəksən
Nə vaxt tövbə edəcəksən?
Rəhmət apar, sənə əhsən!
Bu dünyadan o dünyaya!

Niyyət ilə, əməl ilə,
İmanını məşəl elə.
Namazın qıl, cənnət dilə,
Bu dünyadan o dünyaya!

Bu körpüdən iki yol var,
Biri cənnət, biri yanar...
Cəhənnəmdən qorxmayanlar,
Sonda orda yanacaqlar.

Bu dünyadan... o dünyaya...
"Anlamadım" - keçməyəcək.
Varlı, kasıb seçməyəcək
Kim deyər ki, köçməyəcək?!
Bu dünyadan o dünyaya?!


Bu dünyadan o dünyaya...

"Axirət zamanında"

Qiyamətlər qopacaq,
Haqq yerini tapacaq.
İman - tək sığınacaq,
Axirət zamanında.

Mehdi Dəccal üz-üzə
İsa gələr - möcüzə!
Bərk sarıl dinimizə,
Axirət zamanında.

Namaz, oruc, zəkatla,
Yaşayan təmiz adla.
Quran - nicatdır, anla!
Axirət zamanında!

Zənginlik - iman olar!
Ey şeytana uyanlar!
Yanacaq aldananlar
"Cəhənnəm qazanında"
Axirət zamanında!


Bu dünyadan o dünyaya...

"Tövbəsini pozanlar"

Bilmədən günah etdi, günahını anladı,
Onu başa saldılar, özü-özünü danladı.
Tövbə etdi, günahını tez yumağa tələsdi,
Tələsməsin tövbəyə, tövbəsini pozanlar.

İman nuru qəlbinə saçılıbsa, əmin ol,
Demirəm elə bu gün dönüb sən də mömin ol.
İmanına sığınman, anlasan bir həvəsdir,
Vəd etməsin tövbəyə, tövbəsini pozanlar.

Sənə bir yol açılıb - nicat yolu, haqq yolu
Sənə bir işıq olub İslamla Allah qulu.
Xəyanətdi tövbəyə əməl etməmək, anla
Haram qatar tövbəyə, tövbəsini pozanlar.

Anlamadan etdiyin günahdır, əhvin dilə,
Düz yolu tanımırdın, Allahdan imdad dilə!
Quranda tapdığın yol İslamla, əməl ilə!
Pis bir günaha batar, tövbəsini pozanlar.

Sənə verilən çıraq elə səni yandırar,
Haqq dünyada vicdanın səni alovlandırar.
Sən nuru itirərsən, tövbəni pozan anda
Yeni tövbə axtarar... tövbəsini pozanlar.

Bu bir oyun deyil ki, qaydasını pozasan?!
“Oynamıram” deyəsən, yeni qayda “yazasan”.
Nə qədər gec olmayıb, ayıl, tövbə et, dayan!
“Tezdən gələr növbəyə”... tövbəsini pozanlar..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Minyon giril
gozeldi mence bawda ve sondada gif olsa daha gzel gorsenerdi :)
RƏY ƏLAVƏ ET