Atanın oğula məktubu

12 Kasım 2015
1 473
1
Atanın oğula məktubu
Atanın oğula məktubu

Atanın oğula məktubu

Mənim yaşlandığımı düşündüyün gün (ki yaşlı olmayacağam), Səbirli ol xahiş edirəm və məni anlamağa çalış…
Yemək yeyərkən üstümü çirklətsəm… üzərimi dəyişdirəcək gücüm yoxsa… xahiş edirəm səbirli ol. Mənim sənə bir şey öyrətmək üçün səninlə maraqlandığım zamanları xatırla...

Səninlə danışarkən, davamlı eyni şeyləri 1000 dəfə təkrarlayıramsa… sözümü kəsmə… məni dinlə. Sən kiçikkən, yatana qədər sənə eyni hekayəni 1000 dəfə təkrar təkrar oxumaq məcburiyyətində qalırdım.

Duş qəbul etmək istəmədiyimdə...Məni utandırma ya da danlama… Səni duşa aparmaq üçün icad etdiyim kiçik üsullarımı və oyunlarımı xatırla…
Yeni texnologiyalar qarşındakı cahilliyimi görsən… mənə zaman tanı və məni üzündə lağ edici bir gülümsəylə izləmə…

Bəzi zamanlarda unutqan olsam yaxud danışmalarımızda ipin ucunu qaçırsam… xahiş edirəm xatırlamam üçün lazımlı zamanı mənə tanı… əgər xatırlaya bilməzsəm, əsəbləşmə… çünki əsl əhəmiyyətli olan mənim danışmam deyil, sənin yanında ola bilməm və sənin məni dinləyir olmağındır.

Mən sənə bir çox şeyi necə edəcəyini göstərdim… Yaxşı yemək yeməyi, yaxşı geyinməyi… Əgər bir şey yemək istəməzsəm, məcbur etmə məni. Nə vaxt yeməm ya da yeməməm lazım olduğunu mən çox yaxşı bilərəm.

Və yaşlı qıçlarım getməmə icazə vermədiyində... mənə əlini ver… Eynilə, mənim sənə ilk addımlarını təyin edərkən verdiyim kimi.
Və bir gün artıq daha çox yaşamaq istəmədiyimi söylədiyimdə… və ölmək istədiyimi… hirslənmə… Bir gün anlayacaqsan… yaşımın; zövq alma deyil artıq idarədən həyata yaşı olduğunu anlamağa çalış.


Bir gün bunu anlayacaqsan, səhvlərimə qarşı həmişə sənin üçün yaxşı olanı reallaşdırmağa çalışdım və sənin yolunu hazırlamağa çalışdım.
Sənin yanında olduğumda kədərli, hisli ya da gücsüz hiss etmə özünü. Mənim yanımda olmalısan, məni anlamalısan və mənə kömək etməlisən.
Getməmə köməkçi ol… və yolumu səbr ilə, sevgi ilə bitirməmə.... Mənim üçün etdiklərini, bir gülümsəmə və sənin üçün hər vaxt daşıdığım çox dərin bir sevgi ilə geri ödəyə bilərəm ancaq..

Atanın oğula məktubu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 13 Kasım 2015 12:52
    Gozel mektubdu.. Allah razı olsun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.