Sirli Krossvord

27 Kasım 2015
2 296
1
Sirli Krossvord
Sirli Krossvord


1942-ci ilin avqust ayında “Daily Telegraph” qəzetində çap olunmuş krossvordda sözlərdən biri “Dyepp” idi. Krossvord çap olunduqdan iki gün sonra (cavabların çap olunduğu nömrə çıxdıqdan bir gün sonra) müttəfiq qoşunlar Fransanın Dyepp portuna hücuma keçdilər.
MI-5 (Britaniya kəşfiyyatı) bunun fərqinə varsa da, bu halı təsadüf hesab edərək iqnor etdi.
İki il sonra “Daily Telegraph” ortaya daha böyük tapmaca atdı. Bu dəfə tapmaca “Yuta”, “Overlord”, “Omaha”, “Malberri” və “Neptun” kimi sözlərdə idi və təbii ki, bütün bu sözlər müttəfiqlərin Normandiyaya qarşıdan gələn enişi ilə birbaşa əlaqəli idi. Əməliyyatın adı “Overlord” idi. “Omaha” və “Yuta” enmə planlaşdırılan sahil yanı ərazilər üçün nəzərdə tutulan kod sözlər idi. “Malberri” isə enmə başlayandan sonra formalaşacaq müvəqqəti port üçün kod söz idi. Əməliyyatın dəniz yolları ilə keçiriləcək kod adı isə “Neptun” adını daşıyırdı.
seviyyesiz nomre 2 saytard Dou, “Daily Telegraph” krossvordlarının tərtibçisi olan məktəb müəllimi həmin kod sözlərinin ona haradan məlum olduğunu öyrənmək məqsədilə saxlanılaraq dindirilmişdi. Lakin həbs edilən Leo ifadə verməkdən imtina etdi.
1984-cü ildə onun keçmiş tələbələrindən biri olan Ronald Frenç göstərdi ki, Dou onu və bir neçə digər tələbə yoldaşını krossvordun tərtib olunmasına cəld etmişdir. Frençə bu kod sözlər yaxşı tanış idi, çünki o, bu sözləri məktəbə yaxın ərazidə yerləşən müttəfiq qoşunların yerləşdiyi düşərgədəki əsgərlərdən tez-tez eşidirdi. Və ola bilsin ki, elə Frenç bu sözləri krossvorda daxil etmişdi. Frenç bu etirafı etməmişdən iki il öncə digər adı naməlum qalan tələbə həmin sözləri krossvorda daxil etdiyini söyləmişdi. Tələbənin kim olduğu heç kimə məlum deyil.Fb Kitab Səhifəsi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Doğurdanda maraqlıdır.. Mənə Krossvorddan çox krossvordu tərtib edən şəxs maraqlı gəldi...
    -Təşəkkürlər maraqlı xəbər idi..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.