Dedim axı sənə cox dəyişmisən
Dedim axı sənə, çox dəyişmisən,
Dedin yox..! bəlkədə səncə elədir.
Dedim, hiss eyləyib, duyub bilmişəm,
Dedin yox..! bu mənim təbiətimdir...
Nə bilim, bəlkədə mən dəyişmişəm,
Unudub özümü, hec görməmişəm.
Amma ki bunu bil, çox istəmişəm,
Sənə verəcəyim məhəbbətimdir...
Arzular müxtəlif olsa da gülüm,
Ən böyük diləyim olmusan özün.
Əgər başım üstün alarsa ölüm,
Son anda baxışın da bilki,bəsimdir…
Dedim axı sənə, çox dəyişmisən,
Sən belə deyildin, qabaqlar vallah.
Bunu hifs eyləyib, duyub, bilmişəm,
Şahiddir bizləri yaradan ALLAH….
İndi oxuyuram hərdən ara bir,
Sözlərlə sevgimə tənə yaxırsan.
Sənin hər kəlmən də mənə əzizdir,
Cünki, sətirlərdə elə Sən varsan... …
Müəllif : SEYMUR SÖNMƏZ