İntellektual mübahisənin qaydaları: mülayim tənqid

20 Aralık 2015
1 259
1
İntellektual mübahisənin qaydaları: mülayim tənqid
İntellektual mübahisənin qaydaları: mülayim tənqid

İntellektual mübahisənin qaydaları: mülayim tənqid

Tanınmış amerikalı filosof Daniel Dennett istənilən tənqidi faydalı, mülayim və konstruktiv etməyə qadir olan bir neçə sadə addımı bizimlə paylaşıb.

Aristokratların davranış qaydaları haqqında yazan məşhur müəllif Arthur Martin əsərində belə yazırdı: “İstənilən elmi və ya əxlaqi-etik müzakirənin məqsədi opponent üzərində qələbə qazanmaq deyil, həqiqət olmalıdır. Buna görə də çaşqınlığa düşməyin, çünki kimləsə mübahisə edərək, siz yeni biliklər qazanırsınız.”

İntellektual mübahisənin qaydaları: mülayim tənqid

Əlbəttə, bir çox hallarda vəziyyət tamamilə başqa cür olur. Onlayn mübahisələr də real qarşıdurmalar kimi, fərqli formada aparıla bilər. Lakin bir çox mübahisələr və əsassız arqument dolu boş fikirlər də məhz klaviaturanın təmin etdiyi təhlükəsizlik sayəsində edilir.

Mübahisənin qaydaları

Bu cür boş tənqid edənlərdən konstruktiv cavablar gözləmək faydasızdır. Onları Mark Tven yaxşı təsvir etmişdi. Mark Tven əsassız tənqid edən bu tip insanları peyin böcəklərinə bənzətmişdi və hər kəsi onları bu böcəklə müqayisə etməyə dəvət etmişdi. Peyin böcəkləri də öz yumurtalarını başqalarının yuvasına atır, çünki özü heç nə etməyə qadir deyil. Lakin bütün bunlar belə olmalı deyil. Tənqid edərək də, yenə mülayim qalmaq, qarşındakına qalib gəlmək hissiylə alışıb-yanmamaq, ona həqiqətlə gəlmək, bir-birinə bəzi şeyləri anlamaqda kömək etmək mümkündür. Məhz bu üsulları da Daniel Dennett yazıb. Amerikalı alim Marvin Minskiy Dennett’i ən yaxşı müasir filosof və növbəti Bertran Russel adlandırıb.

İntellektual mübahisənin qaydaları: mülayim tənqid

Daniel Dennett dərketmə, şüur fəlsəfəsini öyrənir. Tez-tez diskussiya problemini nəzərdən keçirərək, özünə sual verir: insan qarşısındakı şəxsin baxışlarını tənqid edərkən nə qədər xoşniyyətli olmalıdır?

Daniel Dennett öz sualına cavab tapmaq üçün, Anatoliy Rapoport‘un işləri üzərindən, Məhbus dilemması oyunlar nəzəriyyəsindən yola çıxdı. Nəticədə o, daha düzgün və faydalı tənqid etmək üçün 4 sadə addımdan ibarət qaydalar toplusu hazırladı. Bu sadə qaydalar sizə tənqid etdiyiniz zaman daha konstruktiv, mülayim və düzgün olmağa kömək edəcək.

İntellektual mübahisənin qaydaları: mülayim tənqid

Opponentinizin (mübahisə etdiyiniz şəxs) nəzər nöqtəsini öz sözlərinizlə elə izah etməyə çalışın ki, sizin həmsöhbətiniz belə desin: “Çox sağ ol, mən fikirlərimi məhz belə ifadə etməliydim.”

Ortaq məxrəcə gəldiyiniz bütün nöqtələri sayın. Xüsusilə də əgər bunlar hər kəsə məlum olan faktlar deyilsə.

Opponentiniz sayəsində öyrəndiyiniz yeni şey haqqında danışın.

Yalnız bütün bunlardan sonra opponentinizin dediklərini inkar və tənqid etməyə başlayın.


İntellektual mübahisənin qaydaları: mülayim tənqid

İntellektual mübahisənin qaydaları: mülayim tənqid

Bütün bu deyilənlər internetdə şərh yazaraq bildirdiyiniz hər hansı tənqidə də aiddir. Bunlar utopik düşüncələr deyil, taktiki gedişlərdir. Dennett düşünür ki, ancaq bu cür yanaşma ilə siz ən qatı düşməninizi sizə minnətdar olan dinləyicinizə çevirə bilərsiniz. Bu da sizin xeyrinizədir, çünki beləliklə siz müzakirənin gedişatını öz nəzarətiniz altına keçirmiş olursunuz.


Pahoo.az/lifehacker.ru
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 20 Aralık 2015 13:46
    -Maraqlı idi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.